Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəzadan sonra platformada baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Trend yanan platformadan fotogörüntüləri təqdim edir.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 22 nəfərin axtarışı davam etdirilir. Bu gün itkin düşmüş neftçilərin axtarışlarına ailə üzvləri də cəlb edilib.
Sorğu
Yeni dizaynımız necədir?