"İki qayığı suya buraxdılar, ancaq külək suya buraxılan o qayığı bizim olduğumuz qayığa çırpdı. Qayıqdakılar dənizə töküldülər. Biz elə bildik ki, ölmüşük. Bunu danışa bilmirəm, təsəvvür etmək belə çətindi. Mənə elə gəlirdi ki, artıq həyatda deyilik".
gundemxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qaynaqçı işləyən Rəşid Hüseynov deyib.
O, başından xəsarət alıb.
R.Hüseynov hadisənin baş verməsini belə xatırlayıb: "Güclü külək var idi, partlayış oldu. Sonra bizə təxliyə olunmaqla bağlı göstəriş verdilər. Cənub tərəfdəki qayıqların yanına gəldik, tüstü vardı, boğulurduq. Ona görə də ordakı qayığa minə bilmədik. Sonra şimal tərəfə gəldik, nəhayət, ordan iki qayığa mindik və xilas olduq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?