Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər. "Report"un məlumatına görə, vitse-prezidentlər Bədəl Bədəlov, Elşad Nəsirov, Xaliq Məmmədov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıblar. Vitse-prezidentlər xəstələrlə bağlı həkimlərdən məlumat alıblar. Qəzada xəsarət almış səkkiz nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir. Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?