GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prokuror oğurluq edən polisi azadlığa buraxan hakimi “topa tutdu”

Prokuror oğurluq edən polisi azadlığa buraxan hakimi “topa tutdu”

Tarix: 7-12-2015, 15:59 Bölmə :Ölkə Baxış: 0
Prokuror oğurluq edən polisi azadlığa buraxan hakimi “topa tutdu”

Baş Prokurorluğun protesti əsasında silsilə oğurluqlar törədən polis barəsində ittiham hökmü verildi

Oğurluqda ittiham olunan Binəqədi Rayon Polisb İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri, 1989-cu il təvəllüdlü Ağabala Babışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ağabala Babışov 2012-ci ilin dekabr ayının 22-dən 23-nə keçən gecə, Ramin Cəfərova məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Gold Telekom” telefon aksessuarları və təmiri mağazasına girib.

O, mağazadan 150 və 40 manat dəyərində 2 ədəd “Nokia N8”, 80 manat dəyərində 1 ədəd “Nokia 8800”, 20 manat dəyərində 1 ədəd “Samsung”, 10 manat dəyərində 1 ədəd “Nokia 7700” və 20 manat dəyərində 1 ədəd “GSM Duos” markalı mobil telefonları, 150 manat dəyərində olan 40 ədəd “Baksell” və “Azersell” mobil operatorlarla danışıqlar aparmaq üçün istifadə olunan kontur kartlarını və 50 manat oğurlayıb.

O, həmin gecə saat 03.00-da Bayram Xankişiyevin Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Uşaq aləmi” oyuncaq mağazasından 350 manat dəyərində əşya oğurlayıb.

Bundan başqa, Ağabala Babışov Nəsirbala salamova məxsus “Ucuz” marketdən 630 manat dəyərində ərzaq məhsulları, Saray qəsəbəsində Faiq Fərəcova məxsus bərbərxanadan 103 manat dəyərində əşya aparıb.

Ağabala Babışov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 min manat miqdarında cərimə olunub.

Baş Prokurorluq Ağabala Babışovun hökmdən apelyasiya protesti versə də, prokurorluğun şikayəti Sumqayət Apelyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan narazı qalan prokurorluq kasasiya protesti verib. Ali Məhkəmə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. Lakin apelyasiya instanda işə baxan hakimlər yenə də prokurorluğun protestini təmin etməyib. Ali

Məhkəməyə müraciət edən prokurorluq növbəti dəfə apelyasiya instansiyasının qərarının ləğv edilməsinə nail olub.

“Sərxoş olduğumdan həmin mağazaya yaxınlaşdım”

Bu dəfə işə Sumqayıt Apelyasiya Məhkəməsində, hakim Telman Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmədə ifadə verən Ağabala Babışov ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, dekabrın 22-də dostu Fuadla birlikdə Novxanıda yeyib-içib: “Sonra dostumu Corat qəsəbəsindəki evlərinə düşürdüm və “VAZ-21015” markalı 90 XR 725 dövlət nömrəli avtomobillə yaşadığım Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisinə gəldim. Dekabrın 23-də, saat 02 radələrində evmizdən təxminən 50 metr aralıda yerləşən “Gold Telekom” telefon mağazasını gördüm və sərxoş olduğumdan həmin mağazaya yaxınlaşdım. Mağazanın plastik qapısının kilidini sındıraraq içəriyə daxil oldum. Orada masanın üzərində olan 1, 2, 3 manatlıq SİM və CİN kontur kartlarını, sonra vitrinlərə qoyulmuş 2 ədəd “Nokia N8” markalı, 1 ədəd “Nokia 8800” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Nokia 7070” markalı və 1 ədəd “GSM Duas” markalı mobil telefonları, həmçinin masanın üzərində olan portmanatın içərisində olan 50 manatı götürdüm. Oğurluqda istifadə etdiyim həmin dəmir parçasını götürərək avtomobilimə qoydum”.

“Oğurladığım konturları tanışlarıma payladım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Uşaq aləmi” dükanın qarşısına gəlib: “Saat 03 radələrində gətirdiyim dəmir parçası ilə mağazanın plastikdən olan qapısının kilidini qıraraq içəriyə girdim. Oradan iki ədəd elektrik qızdırıcısı, təxminən 10 ədəd oyuncaq, o cümlədən maşın, karusel, gəlincik, ayı, it fiqurları, rul və xatırlamadığı digər oyuncaqları götürdüm. Mağazadan götürdüyüm əşyaların bir hissəsini avtomaşınının salonuna yığdım və həmin əşyaları yaşadığım evin zirzəmisinə qoydum”.

Ağabala Babışov bildirib ki, “Gold Telekom” mağazasından oğurladığı pulu xərcləyib, kontur kartlarını isə tanışlarına paylayıb: “Dekabrın 27-

də, saat 01.30-da Novxanı qəsəbəsində dostlarım ilə spirtli içki qəbul etdikdən sonra yaşadığım evə gəldim. Yolda siqaretim qurtardığından avtomobili “Qubadlı” şadlıq sarayının yaxınlığındakı “Ucuz market” dükanının yanında saxladım. Avtomobilə qoyduğum dəmir parçasını götürərək plastikdən olan qapının kilidini açmaq istədim. Lakin aça bilmədiyimdən qapını təpiklə vuraraq açdım. Bu zaman qapının şüşələri sındı. Sonra içəriyə daxil oldım və oradan masanın üzərindən müxtəlif qiymətlərdə olan SİM, CİN və NAR danışıq konturlarını, 95 manat, eləcə də ”Kent”, “Davidoff” markalı siqaretləri götürdüm. Daha sonra “VAZ-21015” markalı avtomobilimə əyləşərək Saray qəsəbəsi istiqamətində getdim”.

“Əşyaları evin zirzəmisinə boşaltdım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, “Saray petrol” yanacaq doldurma məntəqəsini keçib və “Yem dükanı” adlanan obyekt istiqamətində hərəkət etməyə başlayıb: “Lolun sağında olan bərbərxananın sahibsiz olmasını gördüm və avtomobilimi yaxınlıqda saxladım. Gecə saat 03 radələrində məni heç kimin görməməsinə əmin oldum və avtomobilimdə olan dəmir parçası ilə bərbərxananın plastikdən olan qapısının kilidini açandan sonra içəriyə girdim. Oradan bir ədəd fen, bir ədəd saçqırxan, bir ədəd elektrik qızdırıcısını götürdüm. Oğurladığım əşyaları avtomobilimin baqajına yığandan sonra Sumqayıt şəhəri, 12-ci mikrorayondakı evimə qayıtdım. Götürdüyüm əşyaları evin zirzəmisinə boşaltdım. “Ucuz market”dən oğurladığım siqaretlərin bir hissəsini özüm çəkdim, bir hissəsini isə Kürdəxanıda həbsdə olan dostlarıma göndərdim”.

Daha sonra porsesdə çıxış edən dövlət ittihamçısı Zəfər Ramazanov çıxış edib. O, bildirib ki, Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən, ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin

islah olunmasına təsiri nəzərə alınmalıdır: “Cinayət-Prosessual Məcəlləsinin 353.2.3-cü maddəsinə görə, təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Birinci instansiya məhkəməsi cəza təyini zamanı Ağabala Babışovun təqsirini etiraf etməsini, etdiyi əməldən səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini, zərər çəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Şuşa şəhərindən məcburi köçkün olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb”.

Dövlət ittihamçısı hakimi haqlı saymadı

Dövlət ittihamçısının sözlərinə görə, Ağabala Babışov cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, hərəkətlərini qabaqcadan planlaşdırmaqla 4 epizod üzrə oğurluq cinayətini törədib. O, qeyd edib ki, təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxslərə dəymiş ziyanı könüllü deyil, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində ifşa edildikdə sonra, yəni təkzib olunmaz faktlar qarşısında qaldıqdan sonra zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə çalışıb və bu səbəbdən də məhkəmə onun ziyanın ödəməsini cəzanını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb: “Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Ağabala Babışovun məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb. Məhkəmə ittiham hökmünün giriş hissəsində Ağabala Babışovun 1989-cu ildə Şuşa şəhərində anadan olmasını göstərməklə kifayətlənib, onun məcburi köçkün olmasının isə hansı sənədlərlə təsdiq olunmasını ittiham hökmünün təsviri əsaslandırıcı hissəsində göstərməməklə əsaslandırmayıb”.

Dövlət ittihamçısı həmçini qeyd edib ki, birinci instansiya məhkəməsi Ağabala Babışova əsassız olaraq ən yüngül cəza növü olan cərimə cəzasını təyin edib. Dövlət ittihamçısı çıxışının sonunda Ağabala Babışovun Cinayət Məcəlləsinin n 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini istəyib. O, Ağabala Babışovu ittiham

olunduğu maddələr üzrə daha ağır cəza növü ilə cəzalandırılmasını istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda prokurorluğun protestinin təmin edilməsi barədə qərar qəbul edib. Məhkəmə kollegiyası Ağabala Babışovun barəsində 2 il 5 ay 27 gün müddətinə azadlıqdam məhrum etmə cəzası təyin edilib. O, məhkəmə zalından həbs edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Silsilə oğurluqlar edən 13 yaşlı yeniyetmə tutulub

    Silsilə oğurluqlar edən 13 yaşlı yeniyetmə tutulub ...

    3-09-2014, 12:18

  • 
  • Bakıda 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

    Bakıda 70 min manat dəyərində qızıl-zinət ...

    11-06-2013, 12:34

  • 
  • Bakıda aptekə basqın oldu

    Bakıda aptekə basqın oldu ...

    11-12-2013, 15:41

  • 
  • Həbsxanalarda reydlər

    Həbsxanalarda reydlər ...

    11-02-2014, 01:34

  • 
  • Bakıda “kepkalı” oğruya cəza kəsildi: - Pulları "İron" oteldə xərcləyib...

    Bakıda “kepkalı” oğruya cəza kəsildi: - Pulları ...

    9-02-2023, 18:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu