Bakının Xətai rayonunda aptekə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, Xəyalə Cəfərovaya məxsus aptekdən 1703 manat pul oğurlanıb.
Şikayət əsasında Xərai Rayon Polis İdarəsi 34-cü polis bölməsinin əməkdaşları əməliyyata başalyıb. Əməliyyat zamanı aptekdən oğurluq edən Əlisahib Bədəlov, Qabil Sadıqov və Şahmurad Xudaverdiyev saxlanılıblar.
Aparılmış əməliyyat tədbirlərilə onların, Bayraməli Rəhimova məxsus “Nissan” markalı avtomobildən bir ədəd mobil telefon və şəxsi sənəd oğurladığı məlum olub. Bundan başqa, onlar Rahil Abdullayevə məxsus “Toyota” markalı avtomobildən 2000 manat pul, bir ədəd mobil telefon və iki ədəd monitor, Almaz Bağırovanın çantasından 300 manat və 100 dollar pul, Rauf Zeynalovun velosipedini, Adil Vəlixanovun mağazasından 419 manat pul və ərzaq məhsulları oğurlayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?