Ukraynada 6 diversant tutulub. Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya sosial şəbəkədəki səhifəsinə yazıb. Onun sözlərinə görə, əməliyyat 9 dekabrda keçirilib. Saxlananlardan 3 nəfəri Rusiya vətəndaşıdır. Diversiya qrupunda həmçinin 3 ukraynalı da olub. Onlar Kiyevlə yanaşı ölkənin bir sıra şəhərlərində fəaliyyət göstəriblər. Paytaxtdakı mənzillərdən birindən əldəqayırma partlayıcı, 4 kiloqram trotil, 40-dan çox qumbara, 2 min patron tapılıb. Qrupun üzvlərindən biri əməliyyat zamanı müqavimət göstərib və odlu silahdan istifadəyə cəhd edib. Əməliyyatı keçirən “Alfa” qrupu diversantın gizləndiyi ərazidən əvvəlcə mənzil sahiblərini və onların 7 yaşlı oğlunu təxliyə edib. Ancaq bundan sonra əməliyyat keçirilib. Əməliyyat nəticəsində “Alfa” qrupunun iki əməkdaşı yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?