GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

Tarix: 10-12-2015, 12:43 Bölmə :Ölkə Baxış: 0
PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

Qərbin nəcib yuxarı sinif, Şərqin isə zəif birinci sinif şagirdlərini qorxudan dalaşqan Vovanın burnunun üstündən möhkəmcə vurublar. Türkiyə Motsartın “Türk marşı” sonatasının 3-cü hissəsini ifa etməyə başlayanda, qorxaqlar – indi vuruşmağa başlayacaqlar – deyərək, tez qaçıb stolun altına girdilər. Buna baxmayaraq, Vova quyruğunu qısaraq, dustaqxanadakı əsl zərərçəkən kimi ortalığa düşüb şivən qoparmağa başladı. Bəs, Obama, NATO, BMT hara baxır?

Vova bütün “vicdansız” dünyaya şikayət etməyə başladı. Amma onun dalından bir təpik vurdular.

Sonra türk pomidorlarına, şaurmaya və Rusiyadan sifarişlə uçan təyyarə reyslərinə sanksiya tətbiq etdilər.

Sanksiyalar Vovanın Antalyadakı “hər şey daxil” proqramlı mehmanxanalarında kef çəkən piylənmiş pərəstişkarlarının dənizə çıxışını bağladı. Tam məntiqsizlik, ”Türk marşı”na qarşı KQB sayağı üsulların köməyi ilə heç nə etmək olmaz. Müsəlman türklər qorxmurlar.

Amma Vovanın əlində Krım var. Bəli var, lakin bu elektriksiz qalmış Krımdır. Donbas var, ancaq bu gələcəyi olmayan Donbasdır. Ukrayna ilə müharibə. ”Rus dünyası” sakitcə göz yaşları ilə dolmuş bu dağları tərk edib. Belə şeylər Vovanın Rusiyası üçün xarakterik olan əlamətlərdir. Suriyada müharibə. Türk sultanı ilə müharibə.

Banklar dağılır. ”Qazprom”un qazı kiməsə lazım deyil. Hətta çinlilərə, türklərə də lazım deyil. Neft güclü şəkildə ucuzlaşıb. Yeməyə heç nə yoxdur (hər beş pomidordan biri Türkiyədən gəlirdi). Artıq dincəlmək üçün də yer yoxdur. Bəs Krım? Krımda hər şey Türkiyədən üç dəfə bahadır. Axı, orada hətta işıq yoxdur.

Nə vaxt ki, Vova “İncidilmişlər” və “Krım bizimdir” operettasının birinci hissəsini tamaşaya qoyanda, ispan və holland pamidorlarına qarşı sanksiyalar tətbiq edəndə, o məğrur şəkildə deyirdi: ”Braziliya və Türkiyə dostumuzdur. Bizim apelsinimiz də, pomidorumuz da olacaq. Çin də bizimlədir”.

Üstündən heç iki il keçməyib. Türkiyə Qara dənizdən çəkiləcək alternativ qaz kəməri ilə birlikdə atıq dostların cərgəsində deyil. Braziliya çox uzaqda qalıb. Çin isə daha yaxındır. Ural dağlarından bir az sonra Çin başlayır. 1937-ci ildə olduğu kimi ətrafda yalnız düşmənlərdir. Hər şey “təmizlənib”.

Uzun müddət idi ki, Vova özünün necə qoçaq oğlan olduğunu hamıya nümayiş etdirirdi. ”The European Leadership Network” təşkilatının məlumatına əsasən, keçən il Rusiya hərbi təyyarələri NATO-nun hava məkanını 39 dəfə pozublar. Amma bax gör indi necə ilişdilər. Həm də bleflə məşğul olmayan biri ilə qarşılaşdılar. Dalaşqanın burnunu övdular. Vova hələ indi də özünü sındırmaq istəmir.

Hazırda Əsədə göstərilən beynəlmiləl yardım getdikcə möhkəmləndirilir. Artıq Rusiya Baş Kəfiyyat İdarəsinin (Главное Разведывательное Управление – hərbi kəşfiyyat) xüsusi təyinatlıları və hava hücumundan müdafiə kompleksləri Suriyadadır. Lakin artıq “piter uşaqları” da hamının gözü qarşısında Vovanın tumanını necə batırdığını hiss edirlər. O, çuğulçu, deyingən və küsəyən olub. Vova boş bir çölün ortasında, Parisdəki terror aktlarından sonra dəliyə dönmüş və xeyli zəif Olland və qarınqulu Depardye ilə tək qalıb. Məğlubiyyətə məhkum olan Əsəd isə hesabdan sayılmır.

Türkiyənin Hərbi Hava Qüvvələri türk ordusunun təntənəli keçidinin təsvir olunduğu Volfqanq Amadey Motsartın 11-ci sonatasının şən 3-cü lya major hissəsini ifa edirlər. Xuliqanın isə seçimi, tundra çölləri kimi tam boşdur. Əgər cavab olaraq, türk sultanının sifətindən vurarsansa, onda NATO-nun gücü ilə qarşılaşarsan. Yox, əgər arxadan vurulmuş zərbə barəsində zırıldayarsansa, onda yazıq hesab edilərsən. Nağıl qəhrəmanı Alyonuşkanın dediyi kimi: ”Əziz qardaş, keçi ləpirindən su içmə!”

Putin hansı şüarı divardan asmağı göstəriş vermişdi? “Rusiya heç zaman dizi üstə çökməyəcək” şüarınımı? Türklərin arxadan vurduqları zərbədən sonra məgər göylərəmi qalxmaq olar? Sonra uça bilməyib yerə çırpılarsan. Əgər yenə də irəliyə soxulmaq istəsən, Suriyadakı hərbi bazanın aqibəti necə olacaq? Türkiyə Bosforu bağlayacaqmı? Bu sənin üçün apelsinlərin içərisindən qurd axtarmaq deyil. Deməli, belə olarsa, onda Putinin işi bitib. Hakimiyyəti itirmək qorxusu ilə əllərini sağa-sola yelləyib atmosferi gərginləşdirəndə, Putin ilk növbədə məhz özünü küncə dirəyib. Küncə sıxışmışların nə edəcəkləri barəsində isə proqnoz vermək çətindir.

Bu əllərində “Kalaşnikov”lar tutmuş bir neçə terrorçu deyil. Ən azından yaxın zamanlar üçün dünya nizamına qarşı böyük olmayan təhlükə sayılır. Aydın məsələdir ki, Putin güclü deyil. Güclü və ya zəif, bu yalnız bizim təxəyyülümüzdə canlandırdığımız oyunlardır. Qərb demokratiyasının vətəndaşları üçün Ümumi Daxili Məhsulun 0,1% aşağı düşməsi böyük dəhşət yaradır. Bu tərəfdən isə dalaşqan Vova peyda olub. Həqiqətən də blef etmək üçün Putinin hələ imkanları var. Ancaq indi artıq bəllidir ki, onun qoçaqlıq nümayiş etdirməsinin arxasında Rusiya silahının gücü yox, Olland və ya Sarkozi kimi tiplərin əfəllikləri dayanır. Putinin ümidi litvalıların və bütün avropalıların qətiyyətsizliyindən qaynaqlanır.

Qətiyyətsizlik göstərənlər və qorxaqlar kifayət qədərdir. Polşanın ictimai rəyi öyrənən “TNS Polska” təşkilatı avqust ayında Baltik ölkələrində və Polşada keçirdiyi rəy sorğusu zamanı məlum olub ki, Litva vətəndaşlarının 31 %-i, öz ölkələrinin Rusiyaya olan münasibətini hədsiz düşməncəsinə hesab ediblər. Respondentlərin 37%-i bu siyasətin yaxşı olduğunu, 20% isə xeyli mülayim olduğunu söyləyiblər. Estonların 32%-i, latışların isə 40%-i Rusiyaya qarşı tətbiq olunan sanksiyaları hədsiz sərt hesab edirlər. Bu göstərici yalnız Polşada 16% olub. Görəsən belə bir rəy sorğusu İtaliya, Fransa, Almaniyada aparılsaydı hansı nəticələr alınardı?

Bu sual indiki vəziyyətlə və hətta Rusiya ilə bağlı olan bir məsələ deyil. Problem çox ciddidir. İnsanların qayğısız yaşamaq istəmələri yaxşıdır. Vaxtilə zarafatla deylirdi ki, yaxşı yaşamağı qadağan edə bilməzsən. Çox təəssüf ki, zəiflik ruhundakı tərbiyyə, tənbəllik və ətalətə haqq qazandırmaq kimi xüsusiyyətlər bizim siyasətimizin əsasını təşkil edir. Bunların hamısı məktəbdən başlayaraq, bütün dövlət həyatının içinə daxil olur. Ona görə də qətiyyətsiz və qorxaqlıq prinsipi daha çox olacaq. Bu barədə bir neçə gün əvvəl ölkənin ən yaxşı gimnazıyalarından biri olan Vilnyus litseyinin direktoru Yurkyaviçus deyib: ”Bizim pedaqoqlar tərəfindən seçilən strateji yol, tənbəl və deyingən nəsil yetişdirir. Belə bir psixologiya, ən kiçik sınağa və cüzi çətinliyə tab gətirə bilməyən gənclər tərbiyyə edir”.

Dalaşqan Vova və İŞİD kimi terrorçular dünyada hələ uzun müddət amansız mübarizənin olacağını göstərirlər. (Delfi.lt-Litva)

Tərcümə etdi: Vaqif NƏSİBOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rusiyaya türk malı daşıyan azərbaycanlı və türklər saxlanıb

    Rusiyaya türk malı daşıyan azərbaycanlı və ...

    17-03-2016, 20:28

  • 
  • Azərbaycanlı və türk alimlərdən birgə yenilik

    Azərbaycanlı və türk alimlərdən birgə yenilik ...

    2-01-2016, 19:14

  • 
  • Almaniyada nazirlərdən biri türk olacaq - FOTO

    Almaniyada nazirlərdən biri türk olacaq - FOTO ...

    15-12-2013, 21:12

  • 
  • İŞİD Türk sürücülərini azad etdi

    İŞİD Türk sürücülərini azad etdi ...

    12-06-2014, 20:31

  • 
  • “Türk Axını” ilə bağlı Rusiyadan AÇIQLAMA

    “Türk Axını” ilə bağlı Rusiyadan AÇIQLAMA ...

    4-11-2017, 16:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu