Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir. gundemxeber.az xəbər verir ki, bu barədə Trend-ə DQ-dən məlumat verilib. Xidmətə qəbulun şərtləri: - hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli; - boy ölçüsü 170 sm-dən yuxarı; - yaşı 19-dan aşağı və 25-dən yuxarı olmayan; - ən azı orta təhsilli. Hərbi xidmətin xüsusiyyətləri: - xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər. Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4. Əlaqə telefonu: (012) 560 - 27 - 00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?