Oktyabrın 1-dən Azərbaycanda ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb.
Modern.az xəbər verir ki, sərəncama əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, hərbi xidmətə aparılan gənclər atrıq dünəndən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin saytından düşdükləri qoşun növü və hərbi hissə barədə məlumatları əldə edə bilirlər.
Çağırışçılar www.seferberlik.gov.az saytındakı Hərbi Xidmət bölməsinə daxil olaraq, özləri barədə informasiyaları daxil etməklə düşdükləri hərbi hissəni öyrənə bilərlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?