GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » DAHA BİR VERGİ RƏSMİSİNİN ADI “MTN İŞİ”ndə…- Sabiq nazir ürək krizi keçirib

DAHA BİR VERGİ RƏSMİSİNİN ADI “MTN İŞİ”ndə…- Sabiq nazir ürək krizi keçirib

Tarix: 10-12-2015, 19:06 Bölmə :Ölkə Baxış: 0
DAHA BİR VERGİ RƏSMİSİNİN ADI “MTN İŞİ”ndə…- Sabiq nazir ürək krizi keçirib

1 həftə sonra Eldar Mahmudovun tutduğu postdan çıxarılmasının 2 ayı tamam olur. Barəsində həbslə əlaqəli olamyan qətimkan tədbiri seçilən sabiq nazir bu müddət ərzində ürək krizi keçirib. Onu MTN-in Bilgəhdəki sanatoriyasında saxlayırlar. Eldar Mahmudovu istintaqda ifadə verə bilməsi üçün müalicəyə götürüblər. Bu müddət ərzində onun çetesinə daxil olan əlaltılarının sahibkarları talan etməsi haqda ən müxtəlif səpkili məlumatlar yayılıb. Redaksiyamıza daxil olan son məlumatlarda “mahmudovçu”ların hədəfinə gəlmiş iş adamlarının müəyyən olunması qaydası haqda ilginc məlumatlar yer alıb.

DAHA BİR VERGİ RƏSMİSİNİN ADI “MTN İŞİ”ndə…- Sabiq nazir ürək krizi keçirib

Qaynağımız bildirib ki, “mahmudovçu”lara sahibkarları “ov”lamaqda Vergilər Nazirliyində çalışan yüksək vəzifə daşıyan şəxslər dəstək verib. Onlardan biri, Vergilər Nazirliyinin idarə rəisi, 3-cü dərəcəli dövlət dövlət ədliyyə müşaviri Vidadi Məmmədov bir qədər əvvəl vəzifədən çıxarılaraq “MTN işi” ilə bağlı Baş Porokurorluğun başladığı istintaqa cəlb edilib. Qeyd edək ki, V.Məmmədov bu ilin avqust ayında Vergilər Nazirliyində geniş səlahiyyətlər verilmiş cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinə rəis təyin edilmişdi.
Redaksiyamıza daxil olmuş iddiaya görə, o da MTN-in təlimatları əsasında iş adamlarını soyurmuş. V.Məmmədov iş adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qoluna qandal da vurdura bilirmiş.V.Məmədovun rəhbərlik etdiyi yeni idarə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin, borcluların əmlakına həbs qoyulmaq kimi geniş səlahiyyətlərə sahib olub.

Vergi Auditi Departamentinin sabiq rəhbəri MTN-nin idarə rəisləri ilə sıx əlaqədə olub

DAHA BİR VERGİ RƏSMİSİNİN ADI “MTN İŞİ”ndə…- Sabiq nazir ürək krizi keçirib

Qaynağımız deyib ki, Vergilər Nazirliyində yüksək post tutan, vaxtilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsində çalışmış Habil Məmmədovun da (Bu ilin əvvəlində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi, sonra isə Ərazi Vergi orqanları ilə iş üzrə Baş İdarənin rəisi vəzifəsinə keçirilib- Az.Politika.info) MTN-dəki İdarə rəisləri ilə, xüsusilə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevlə sıx əlaqəsi olub. F.Əliyev istədiyi vaxt H.Məmmədovun rəisi olduğu Vergi Auditi Departamentinə heç bir maneə olmadan daxil ola bilirmiş. Belə bir toxunulmamazlıq bu günün özündə belə Vergilər Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərə şamil olunur.
Maraqlıdır ki, F.Əliyevin H.Məmmədovla sıx əlaqədə olduğu günlərdə iri sahibkarlar MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb.

H.Məmmədovun kolleqası Vidadi Məmmədov “MTN işi” üzrə istintaqa cəlb olunanda belə xəbərlər vardı ki, o, sahibkarlar haqda məlumatları “mahmudovçu”lara ötürüb.

Bu baxımdan Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi postu çox əhəmiyyətli post hesab olunur. Bu post konfidensial məlumatlara çatımlılıq baxımından V.Məmmədovun tutduğu postdan daha əhəmiyyətli olub. Belə konfedensial məlumatlara Vergilər Nazirliyində çox məhdud sayda vəzifə daşıyıcısına tanış olma hüququ tanınıb. Həmin məlumatlar sahibkarların aylıq, illik dövriyəsi, bank hesablarındakı vəziyyəti də əhatə edib. F.Əliyevlə H.Məmmədovun xarici ölkələrə birgə səfərləri, xüsusən Dubay və İtaliyaya tez-tez baş çəkmələri haqda da məlumatlar var. Belə ehtimallar var ki, onların bu ölkələrdə mülkləri, biznesləri də var.

F.Əliyev və onun rəisi olmuş general Sübahir Qurbanov iş adamlarına qarşı həyata keçirilən qanunsuzluqlarla bağlı bu gün həbsdədirlər. Habil Məmmədovun “MTN işi” üzrə dindirilib-dindirilməməsi haqda məlumat yoxdur.

General Hilal Əsədovun işdən çıxarılması xəbəri yayıldı

DAHA BİR VERGİ RƏSMİSİNİN ADI “MTN İŞİ”ndə…- Sabiq nazir ürək krizi keçirib

Dekabrın 9-da milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədovun vəzifəsindən azad edilməsi ilə bağlı növbəti dəfə xəbər yayılıb. MTN-də gedən həbslər ərəfəsində onun vəzifəsindən azad olunması ilə bağlı yayılan xəbərlər təkzib olunurdu. Medianews.az-ın yaydığı məlumatda isə bildirilir ki, H.Əsədov artıq vəzifəsindən kənarlaşdırılıb.
MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildiriblər ki, H.Əsədovun işdən çıxarılması haqda onlarda məlumat yoxdur.

Eldar Mahmudovun “baş torbatikən”i MTN-dən qovuldu…

DAHA BİR VERGİ RƏSMİSİNİN ADI “MTN İŞİ”ndə…- Sabiq nazir ürək krizi keçirib

MTN-in İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, adı bir çox qalmqallı, səsli-küylü cinayət işlərində hallanan Elşən Murtuzov işindən kənarlaşdırılıb. Moderator.az-ın yaydığı məlumata görə Elşən Murtuzov MTN-nin keçmiş rəhbərliyinin sifarişli və qondarma cinayət işlərinin istintaqını aparıb, rəhbərliyin etibarlı adamı hesab olunduğundan təqsirləndirilən şəxslərə uydurma ittihamları quraşdırmaqda pərgar olub. Qısaca onu bildirmək yerinə düşər ki, tanınmış jurnalist Pərviz Həşimlinin istintaqını da Elşən Murtuzov apararaq ona qarşı ağılagəlməz ittihamlar uydurmaqla dilə-dişə düşmüşdü.
Bu günlərdə isə intihar etmiş MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayevin mətbuatda tükürpədici videomüraciəti yayılmışdı və bəlli olmuşdu ki, müəmmalı şəkildə intihar edən mərhum polkovnikin də cinayət işini Elşən Murtuzov aparıbmış. Mərhumun qardaşı da müstəntiq haqqında kəskin ittihamlarla çıxış etmiş, nazirliyin yeni rəhbərliyindən onunla bağlı ciddi ölçü götürülməsi istənilmişdi…
Sayt yazır ki, Elşən Murtuzovun işdən qovulmasında qondarma ittihamlar “boğçası” əsas rol oynayıb və o köhnə komandanın “baş torbatikən”lərindən biri olduğundan onun məsələsinə baxılıb.
Amma ola bilsin ki, bu hələ son deyil və tezliklə E. Murtuzov da Bakı İstintaq Təcridaxanasındakı “komanda yoldaşları”nın sırasına qatılsın…

Elşən Murtuzov Pərviz Həşimlinin işində keçən silahı…

“Yeni Müsavat” qəzetində də E.Murtuzovun “qəhrəmanlıq”ları haqda yazılar dərc olunub. Bu il noyabrın 1-də qəzetimizdə dərc olunan “MTN-də sahibkardan bir keçiyə görə 500 min dollar alıblar” sərlövhəli yazıda sahibkarlar Əhməd Mirzəyev və Zaur Əliyevin qanusnuz olaraq həbs olunmalarından sonhbət açılırdı.
“Məndən bir keçiyə görə 500 min dollar aldılar. Yazdılar ki, guya keçi və qanadlı qoyun fiqurları qədimi əntiq əşyadır, ölkəyə qaçaqmalçılıq yolu ilə keçirmişəm. Halbuki mən ölkədən çıxmamışdım, sərhəd aşmamışdım” –deyə sahibkar Ə.Mirzəyev bildirmişdi. Demişdi ki, ona müstəntiq Elşən Murtuzovun otağında ona qardaşına məktub yazdırıblar. Həmin məktubla o, qardaşından yarım milyon dollar istəyib.
E.Murtuzovun digər bir “qəhrəmanlığı” da jurnalist Pərviz Həşimlinin işində baş verib. Jurnalistin üstünə silah qoyan E.Murtuzov həmin silahın vaxtilə MTN-də araşdırılmış, sənədlər üzərində MTN-də “veşdok” kimi saxlanılmasına əhəmiyyət belə verməyib. Bu gün də bu məsələ açıq qalır. Jurnalist həbsdə, onun üzərinə silah qoymuş, sahibkarlara qan udurmuş, əmlaklarının talanmasında iştirak etmiş şəxs isə azadlıqda gəzir. (musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN çetesinin ifşasının 3 ili - Eldar Mahmudov və adamları üzə çıxır

    MTN çetesinin ifşasının 3 ili - Eldar Mahmudov və ...

    8-10-2018, 14:12

  • 
  • Eldar Mahmudovun "Dəmir" adamı tutuldu - "MTN işi"ndə yeni detal

    Eldar Mahmudovun "Dəmir" adamı tutuldu ...

    5-11-2015, 13:06

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Daha bir general saxlanıldı

    Daha bir general saxlanıldı ...

    25-10-2015, 19:36

  • 
  • Eldar Mahmudovu istintaqda dindirən şəxsin kimliyi bəlli oldu - SABİQ NAZİR LONDON MÜLKLƏRİNİ QAYTARACAQMI?

    Eldar Mahmudovu istintaqda dindirən şəxsin ...

    18-12-2017, 17:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu