Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.
Report-un məlumatına görə, "KİA" markalı minik avtomobilində Bakı şəhər sakinləri, sürücü - 1986-cı il təvəllüdlü Əli Əkbərov, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Leyla Salahova, övladı 2016-cı il təvəllüdlü Yunis Əkbərov və L.Salahovanın atası 1938-ci il təvəllüdlü Yunis Salahov, "VAZ-2107" markalı minik maşınında isə sürücü Kürdəmir rayonu, Şilyan kənd sakini, 1964-cü il təvəllüdlü Səftər Məmmədov olub.
Onların hamısı ağır xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leyla Salahova dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb.
13:01
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
gundemxeber.az report-a istinadən bildirir ki, hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobillə "KİA" markalı minik maşını toqquşub. Hadisə nəticəsində 6 nəfər ağır bədən xəsarətləri alıb. Hazırda Kürdəmir rayon təcili yardım briqadaları yaralıları xəstəxanaya aparırlar. Hələlik yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?