İsrailin sabiq müdafiə naziri və “Avoda” partiyasının keçmiş lideri Binyamin (Fuad) Ben-Eliezerin işi üzrə ilkin dinləmələr başa çatıb.
Virtualaz.org saytı İsrail KİV-lərinə istinadən xəbər verir ki, dinləmələrin nəticələrinə görə, Ben-Eliezerə qarşı ittiham aktı elan olunub.
İsrail prezidentliyinə keçmiş namizəd də olan sabiq müdafiə naziri çoxsaylı cinayətlər törətməkdə və korrupsiyada ittiham olunur. Məsələn, Ben-Eliezer biznesmenlərlə, o cümlədən israilli milyarder Avraam Nanikaşvili ilə korrupsiya əlaqəsinə girməkdə, “Şemen” neft şirkətinin maraqları üçün lobbiçilik etməkdə, “çirkli pul” yuyulmasında, vergidən yayınmaqda və s. günahlandırılır.
İstintaq İsrail siyasətinin 79 yaşlı veteranına qarşı müdafiə naziri olarkən rüşvət almaq, pul yumaq, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrə silah satışına icazə vermək kimi ittihamlar da irəli sürüb.
Xatırladaq ki, virtualaz.org saytı İsraildəki korrupsiya qalmaqalı, şəxsi Beer-Tuvi elektrik stansiyasının tikintisi layihəsindəki payının bir hissəsini Azərbaycan Beynəlxalq Bankına satmağa çalışan milyarder Avraam Nanikaşvilinin planları barədə hələ ötən il məlumat vermişdi. Həmin məqalədə bildirilirdi ki, maqnat A.Nanikaşvili Knessetin deputatı Binyamin Ben-Eliezerə rüşvət verməkdə ittiham olunmaqdan qorxurdu.
Bu gün isə məlum olur ki, Ben-Eliezer təkcə bu məsələlərə görə yox, həm də qanunsuz silah satışına görə günahkar bilinir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?