İsrailin müdafiə naziri Moşe Yaalon Qəzza zolağında Türkiyənin xəstəxana tikməsi təklifini bəyəndiyini bildirib. "gundemxeber.az"-ın ”nyusru”-ya istinadən məlumatına görə, Türkiyə təmsilçisi zolaqda xəstəxana tikmək üçün ora 570 yük avtomobilinin buraxılması ilə bağlı müraciət edib. Həmin maşınlarla tikinti materialları, elektrik avadanlığı, rabitə vasitələri, su təchizatı və kanalizasiya infrastrukturu üçün avadanlıq aparılacaq. Mənbə xatırladıb ki, bu yaxınlarda İsrailin baş naziri Binyamin Netaniyahunun özəl təmsilçisi David Meydan Ankaraya səfər edib. O, Türkiyə milli istiqbarat idarəsinin başçısı Xaqan Fidanla görüşüb. Məlumata əsasən, tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılmasından danışıblar. Onlar Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanın İsrailə səfərini, eləcə də energetik sənayesi sahəsində əməkdaşlığı, özəlliklə Aralıq dənizin şərqindəki neft və təbii qaz yataqlarının birgə işlənməsi məsələlərini müzakirə ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?