Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 94 min 300 nəfər və ya 1% artaraq 2015-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 687 min 300 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 138,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulan körpələrin 53,3%-ni oğlan, 46,7%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən
2516-sı əkiz, 72-si isə üçəmdir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin 10 ayı ərzində 45,5 min ölüm halı qeydə alınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?