GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dələduzun polisdə işləyən qardaşı cinayətin üstünü necə ört-basdır etmək istəyib?

Dələduzun polisdə işləyən qardaşı cinayətin üstünü necə ört-basdır etmək istəyib?

Tarix: 16-12-2015, 02:33 Bölmə :Ölkə Baxış: 0
Dələduzun polisdə işləyən qardaşı cinayətin üstünü necə ört-basdır etmək istəyib?

Dələduzun polisdə işləyən qardaşı cinayətin üstünü necə ört-basdır etmək istəyib?

Sumqayıtda bir evi bir neçə nəfərə satılması ilə bağlı qalamaqllı məhkəmə prosesi yekunlaşdı

Dələduzluqda ittiham olunan Qubadlı rayon sakini Azər Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, AzərŞamxalov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin 23 iyul 2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərib. Məhkəmə onun barəsində 5 il sınaq müddəti olmaqla 7 il müddətinə şərti cəza təyin edilib. Onun barəsində sınaq müddətinə şərti cəza olmasına baxmayaraq yenidən dələduzluq cinayətli törətməyə başlayıb.

Həbsdən azad olunan Azər Şamxalovun ilk dələduzluq əməli özünə ev almaq istəyən Elman Rəhmətova qarı olub. O, Elman RəhmətovuSumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində yerləşən 600 kv.metr torpaq sahəsində inşaedilmiş Vidadi Cəfərova məxsus olan 3 otaqdan ibarət evi göstərib və həmin evin özünə məxsusolduğunu bildirib. O, Elman Rəhmətova həmin evi 8000 ABŞdollarına satmağa razılaşıb. Azər Şamxalov 6000ABŞ dolları alaraq, Elman Rəhmətova qarşı dələduzlqu edib.

Bundan əlavə AzərŞamxalov 2009-cu ilin dekabr ayında özünə ev almaq istəyən Tahir Vəliyevə Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Asya Qasımovaya məxsus olan 150 kv.metr torpaq sahəsini göstərib və həmin torpaq sahəsində 3 otaqdan ibarət evi göstərərək, evin özünə məxsus olduğunu bildirib. Azər Şamxalov bildirib ki, pulu olmadığı üçün həmin evin tikintisini başa çatdıra bilməyib. O, həmin evi alacağıtəqdirdə 15-20 gün ərzində tikinti və təmir işlərini başa çatdıracağını, evin inşa edildiyi torpaqsahəsinə dair müvafiq sənəd alacağı barədə Tahir Vəliyevə vədlər verib.

Azər Şamxalov həmin evi tahir Vəliyevə 18500 ABŞ dollarına satmağa razılaşıb. O, 29 yanvar 2010-cu ildə Tahir Vəliyevinmüvəqqəti yaşadığı Sumqayıt şəhəri, 3-cu məhəllədə yerləşən evə gəlib və ondan 4000 ABŞ dolları alıb. Bundan başqa, Azər Şamxalov Tahir Vəliyevdən həmin ilin fevralın 1-də 2000 ABŞ dolları və fevralın 9-da isə 3500 ABŞdolları alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Şamxalov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Azər Şamxalov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti Azər Şamxalovun apelyasiya şikayətini qismən təmin edib və onun cəzasını 9 ilə endirib.

Bu qərardan narazı qalan Baş Prokurorluq kasasiya protesti verib. Prokurorluğun Ali Məhkəməyə göndərdiyi kasasiya protestində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Ali Məhkəmə prokurorluğun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya şikayəti bu dəfə hakim İlham Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“9500 ABŞ dollarının 3500 ABŞ dollarını Güloğlana vermişəm”

Məhkəmədə ifadə verən AzərŞamxalov özünü elan olunmuşittiham üzrə qismən təqsirli bilib və tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edib. O, bildirib ki, iş üzrə zərərçəkmiş Tahir Vəliyevə satdığı evi özü Rahiləadlı qadına tikib: “Sonradan Rahilə həmin evi istəmədi. Buna görə də Tahir Vəliyevi həmin evdə görərəkqovdum. Tahir Vəliyev 9000 ABŞ dollarını Zaman Zamanova verdi. Mən ibtidai araşdırmazamanı Zaman Zamanovlaüzləşdirməmişəm. Asya xanımın kimliyi barədə məlumatım yoxdur. İbtidai araşdırma zamanı Baloğlanla üzləşməsi aparılıb. Baloğlan TahirVəliyedən aldığı 9500 ABŞ dollarından mənə pay düşdüyünü bildirib.

Tahir Vəliyevin mənə verdiyi 9500 ABŞ dollarının 3500 ABŞ dollarını Güloğlana vermişəm. Təqsirim sadəcə TahirVəliyedən almış oluduğum 9500 ABŞ dolları ilə bağlı olan epizod üzrədir”.

Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərib ki, Sumqayıt şəhəri, 26-cıməhəllədə yerləşən 3 otaqdan ibarət tikintisi başa çatdırılmayan evi Tahir Vəliyevə göstərib və həmin evin özünə məxsus olduğunu, satmaq istədiyini bildirib: “Tahir Vəliyev həmin evialacağı təqdirdə evin tikintisini və təmirini 15-20 gün müddətində başa çatdıraraq təhvil verəcəyini mənə dedi. Tahir Vəliyevlə evin pulunu mənə hissə-hissə ödəmənilməsinə dair razılıq əldəetmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ilin yanvarın 29-da Tahir Vəliyev ona beh kimi 4000 ABŞdolları, 2010-cu ilin fevral ayının 1-də 2000 ABŞ dolları və bundan 2-3 gün sonra isəəlavə olaraq ona 3500 ABŞ dolları verib. O, bildirib ki, Tahir Vəliyev isə 9000 ABŞ dollarını Zaman Zamanova verib: “Tahir Vəliyev Zamana pul verəndə orada olmamışam. Rəhilə gələrək Tahir Vəliyevə evin ona məxsus olduğunu bildirib. Rəhilə Tahirin evdən çıxmasını, əks halda isə məni polisə verəcəyi ilə hədələyib”.

“9000 ABŞ dolları məbləğində pul xərcləmişəm”

Zərərçəkmiş şəxs qismində ifadə verən Tahir Vəliyevin sözlərinə görə, əvvəllər Türkmənistan Respublikasında yaşayıb və oradakı evini sataraq 2009-cu ilin oktyabr ayında ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün Azərbaycana köçüb: “Sumqayıt şəhərində ev almaq məqsədi ilə bacımın qonşuluğunda yaşayan Baloğlan və Zaman adlı maklerlərlə tanış oldum. Bu şəxslər məni Azər Şamxalovla tanış etdilər. Azər Şamxalov həmin şəxslərin və arvadım Elmiranın yanında Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 3 otaqdan ibarət tikintisi başa çatdırılmayan evi mənə göstərdi və həmin evin özünə məxsus olduğunu, satmaq istədiyini bildirdi. Azər həmin evi alacağım təqdirdə evin tikintisini və təmirini 15-20 gün müddətində başa çatdıraracağını söylədi. Bundan sonra birlikdə həmin evə baxdıq. Ev

xoşumuza gəldi. Həmin evi 18500 ABŞ dollarına almaq barədə Azər ilə razılaşdıq”.

Zərərçəkmiş ifadəsində Azər Şamxalova 9500 ABŞ dolları məbləğində pul verdiyini qeyd edib: “Bacım Gülü Vəliyevanın adına ayrılmış 29a nömrəli bağ torpaq sahəsinə dair 9 fevral 2010-cu il tarixli “Xəzər bağçılıq yoldaşlığı” Cəmiyyətinin üzvlük kitabçasını Azərə verdim və bir aydan sonra evin tikintisinin aparılmadığını gördüm. Bu barədə Baloğlan və Zamana dedim. Onlar isə Azərin pulu götürərək aradan çıxdığını bildirdi. Həmçinin Zaman evin tikintisini mənim hesabıma, yəni Azərə verəcəyim 9000 ABŞ dollarının hesabına davam etdirməyi Azərin ona həvalə etdiyini bildirdi. Bununla razılaraq maklerlər Zaman, Baloğlan və İlham ilə birlikdə təmir üçün lazım olan bütün tikinti materiallarını aldım və zəhmət haqqı kimi tikintini aparan ustaların pulunu verməklə, cəmi 9000 ABŞ dolları məbləğində pul xərcləmişəm”.

“Pulumun tam şəkildə ödənilməsini tələb etdim”

Zərərçəkmişin sözlərinə görə, təmir başa çatdıqdan sonra Zaman evin açarını ona verib, 2-3 gün sonra arvadı Elmira ilə birlikdə həmin evdə təmizlik işləri aparıblar: “Bu zaman sonradan tanıdığımız Rəhilə adlı qadın həmin evə gələrək evin ona məxsus olduğunu, həmin evin tikilməsi üçün Azərə 25000 ABŞ dolları verdiyini bildirdi. Daha sonra həmin evin yerləşdiyi torpaq sahəsinin qızı Asya üçün ayrılmasına dair müvafiq sənəd təqdim etdi. Ona görə də təqsirləndirilən şəxs Azər Şamxalovun bacım Gülü Vəliyevanın adına verdiyi “Xəzər bağçılıq yoldaşlığı”nın üzvlük kitabçasını bağçılıq yoldaşlığının sədri Hüseynə göstərdim. Ondan bu məsələyə aydınlıq gətirməsini xahiş etdim və Hüseyn həmin sənədə baxaraq, sənəddə göstərilən torpaq sahəsinin başqa ərazidə yerləşdiyini, sənədin sözügedən evə və həmin evin yerləşdiyi bağ torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını bildirdi. Belə olan halda Azərin polisdə işləyən qardaşı Ramizlə görüşdüm və Azər tərəfindən aldadıldığımı ona dedim. Ramiz isə həmin evi mənə 35000 ABŞ dollarına almağı təklif etdiş Mən isə

həmin evi onun qardaşı Azərdən 18500 ABŞ dollarına aldığımı və onun təklif etdiyi qiymətə almaq imkanımın olmadığını dedim. Ramiz evin Rəhiləyə məxsus olduğunu və onun pulunu verməsə şəxsən özünün ödəyəcəyini dedi. Raziz sonradan evin açarını Hüseyndən alaraq Rəhiləyə verdiyini bildirdi. Təxminən 2-3 aydan sonra Baloğlan, Zaman, İlham və Güloğlanın yanında Ramiz mənə 350 ABŞ dolları, daha 1 aydan sonra əlavə olaraq 100 ABŞ dolları verdi, pulun qalan hissəsini sonrakı aylarda verəcəyini söylədi. Növbəti ayda Ramiz mənə 800 ABŞ dolları təklif etdi. Lakinhəmin pulu götürməkdən imtina edərək pulumun tam şəkildə ödənilməsini tələb etdim. Belə olan halda Ramiz Azərin bacım Gülünün adına aldığı torpaq sahəsində ev tikməyi təklif etdi. Lakin həmin torpaq sahəsi uzaqda yerləşdiyindən Ramizin təklifi ilə razılaşmadım, pulumin qaytarılmasını tələb etdim. Uzun müddət gözlədikdən sonra pulumun qaytarılmadığını gördüm və ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə, daha sonra müxtəlif hüquq mühafizə idarələrinə şikayət etdim. Maklerlər Baloğlan və İlham aldıqları 400 ABŞ dollarını geri qaytarıblar”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan ediblər. Qərara görə, Azər Şamxalovun barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Velosipedçini öldürən sürücüyə şərti cəza

    Velosipedçini öldürən sürücüyə şərti cəza ...

    22-04-2016, 00:52

  • 
  • Dələduzluq edənə 11 il cəza

    Dələduzluq edənə 11 il cəza ...

    14-05-2015, 12:48

  • 
  • Prokuror xuliqanlıqda ittiham olunan jurnalistə cəza istəyib

    Prokuror xuliqanlıqda ittiham olunan jurnalistə ...

    18-05-2016, 18:57

  • 
  • Sumqayıtda qadını öldürənə ömürlük cəza tələb edildi

    Sumqayıtda qadını öldürənə ömürlük cəza tələb ...

    29-09-2016, 16:25

  • 
  • Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu

    Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu ...

    20-02-2015, 13:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu