Daxili İşlər Nazirliyi Azərbaycanda Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni gücləndirib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda və rayonlarda bu cür maddələrin satışı və istifadəsi ilə bağlı reydlərə başlanılıb.
Qeyd olunub ki, bu məsələlər nəzarət altındadır. Bu cür maddələrin və əşyaların satışı və istifadəsi aşkar olunduqda qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görülür.
Nazirlikdən bildirilib ki, əvvəlki illərlə müqayisədə tezalışan və partlayıcı maddələrin satışında azalma müşahidə edilir.
Nazirlik əhalinin bu cür madələrin satışı və istifadəsi halları ilə rastlaşdıqda "102" saylı zəng xidmətinə müraciət edərək məlumat verməsini tövsiyyə edib. Nazirlikdən həmçinin bildirilib kli, tezalışan və partlayıcı maddələrin satışına qarşı tədbirlər daha da gücləndiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?