Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Gundemxeber.Az bildirir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının dekabrın 19-da keçirdikləri növbəti reydlər zamanı Müşfiqabad qəsəbəsi ərazisində 2 mağazadan ümumilikdə 1 582 ədəd, “Sədərək” ticarət mərkəzindəki mağazalardan isə 2 084 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?