Noyabrın 28-də Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə proses davam etdirilib.
Prosesdə Qurban Məmmədov və vəkili Süleyman Qasımov vəsatətlə çıxış edərək məhkəmə istintaqının təzələnməsini istəyiblər. Vəsatətlər təmin olunmayıb və məhkəmə istintaqının bitdiyinə dair əvvəlki qərar qüvvədə saxlanılıb.
Bundan sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Qurban Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəyib.
Məhkəmə Qurban Məmmədovun vəkilinin çıxışı üçün fasilə götürüb. Növbəti proses dekabrın 3-nə təyin olunub.
Xatırladaq ki, Qurban Məmmədov iyunun 4-də yol hərəkəti qaydalarını pozma ittihamı ilə tutulub, sonradan ona ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı da verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?