Vaşinqtonda müzakirə: Obama Xədicə İsmayılın ailəsilə görüşməlidir Dekabrın 16-da ABŞ-ın Helsinki Komissiyasında (Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyası) Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılla bağlı dinləmələr keçirilib. “Sərhədsiz Reportyorlar” təşkilatının ABŞ ofisinin rəhbəri Delphine Halgand deyib ki, Azərbaycan məhkəmələrində tragikomediya yaşanır. Onun fikrincə, ABŞ hökuməti Azərbaycan hakimiyyətinə sanksiyalar və viza qadağaları qoyulmasını nəzərdən keçirməlidi. Amma Leyla Yunusun azadlığa buraxılması o deməkdir ki, narahatçılıqlara reaksiya verilir. “Amnesty International – ABŞ”dan T. Kumar hesab edir ki, X.İsmayılın mühakiməsinə diqqət artırılmalıdır və ABŞ-ın Azərbaycandakı səfiri məhkəmə proseslərində şəxsən iştirak etməlidir: “Eləcə də tez-tez siyasi məhbusların ailələrini ziyarət etməlidir”. Bundan başqa o düşünür ki, ABŞ prezidenti də məsələyə diqqətini artırmalıdır, Barak Obama Xədicə İsmayılın ailə üzvləri ilə görüşməlidir. Dinləmələrdə səslənən suallardan biri Xədicənin məhbəs həyatı və sağlıq durumu ilə bağlı olub. T.Kumar deyib ki, Xədicə çox güclü qadındır. Bu sualla bağlı fikrini bildirənlər deyiblər ki, X.İsmayıl jurnalist işini davam etdirməkdə qərarlıdır. Eyni zamanda X.İsmayılın “nəzarət olmadan anası ilə görüşə bilmədiyi” bildirilib. Azadlıq Radiosunun vitse-prezidenti Nenad Pejic bildirib ki, Xədicə İsmayıl peşəkar jurnalisdir: Dinləmədə Azərbaycandan Milli Şuranın sədri Cəmil Həsənli də iştirak edib və o, fasilə zamanı Helsinki Komissiyasının sədri Kris Smitlə görüşüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?