gundemxeber.az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Şirvan şəhər sakini, M.Əsədov küçəsi, 1 mənzil 93 ünvanında yaşayan 1951-ci il təvəllüdlü Səfərov Mirzəli Bəylər oğlu sirkə turşusu içib.
O, ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yekləşdirilib. Sirkə turşusu xəstənin qida borusunu, mədəsini, bağırsaqlarını yandırıb, böyrəklərin funksiyası pozulub.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Hadisənin intihara cəhd olub-olmaması hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?