Bakıda 20 gün əvvəl intihar məqsədi ilə sirkə turşusu içən şəxs xəstəxanada dünyasını dəyişib.
Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Belə ki, iyunun 30-da 1955-ci il təvəllüdlü Cabir Cahangir oğlu Mehdiyev yaşadığı evdə intihar məqsədi ilə sirkə turşusu içib. O, Xəzər Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və dünən orada vəfat edib. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır./report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?