GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ev tikmək istəyənlərin nəzərinə - Torpaq da bahalaşacaq

Ev tikmək istəyənlərin nəzərinə - Torpaq da bahalaşacaq

Tarix: 20-12-2015, 13:10 Bölmə :Ölkə Baxış: 0
Ev tikmək istəyənlərin nəzərinə - Torpaq da bahalaşacaq

Dünyada baş verən iqtisadi vəziyyət fonunda ölkənin mənzil bazarında qiymətlərin yüksəkliyi, alıcıların azalması torpaq bazarına marağı nisbətən artırıb.

gundemxeber.az-ın anspress-ə istinadən məlumatına görə, birbaşa mənzil almağa maddi imkanı çatmayan vətəndaşların əksəriyyəti bu istəyini kiçik torpaq sahələri alıb 1-2 il ərzində ev tikməklə reallaşdırır. Bu baxımdan cari ilin son ayları ərzində mənzil bazarında aktivlik xeyli azalsa da, torpaq bazarında vəziyyət bir qədər fərqlidir.

Daşınmaz əmlak üzrə şirkətin rəhbəri Nüsrət İbrahimov da digər əmlak seqmentləri ilə müqayisədə torpaq bazarında nisbətən stabillik olduğunu vurğulayıb:

"Əgər son 2-3 aya nəzər salsaq, mənzil bazarında aktivlik 26 faiz, kommersiya bazarında 13 faiz azalıbsa, torpaq bazarında bu, cəmi 12 faiz təşkil edib. Torpaq bazarında fəallığın azalmasına səbəb həm də indi bu sahədə qeyri-mövsüm ayları olduğu üçündür. Gələn ilin mart ayından bu bazarda yenidən aktivlik müşahidə olunacaq. Bu baxımdan qiymətlərdə də müəyyən artımlar gözlənilir".

Bu sahədə araşdırma aparan iqtisadçı Rəşad Əliyev isə torpaq bazarında aktivliyə və qiymətlərə bir neçə mühüm amilin təsir etdiyini deyir. Onun sözlərinə görə, ümumi bazar üzrə bu sahədə kənd təsərrüfatı, kommersiya və yaşayış təyinatlı torpaqlar üzrə inkişaf dinamikası fərqli cərəyan edir:

"İndi ölkədə iqtisadi fəallığın azalması ilə əlaqədar kənd təsərrüfatı və kommersiya təyinatlı torpaqlarda qiymət azalmaları müşahidə olunub. Yaşayış təyinatlı torpaqlarda isə qiymətlər ərazidən asılı olaraq dəyişir. Yeni salınan yaşayış ərazilərində qiymət enmələri çox cüzi olub. Amma paytaxtın bahalı ərazilərində torpaqların qiymətində ucuzlaşma qeydə alınıb. Kiçik torpaq sahələrində isə elə bir dəyişiklik nəzərə çarpmır".

Rəşad Əliyev 2016-cı ilin ilk aylarında da torpaq bazarındakı vəziyyətin hazırki dinamikada davam edəcəyini bildirir. Yalnız buna iqtisadi sferada baş verə biləcək dəyişiklik öz birbaşa təsirini göstərə bilər.

Mənzil bazarında olduğu kimi, torpaq bazarında da durğunluq və alıcılıq qabiliyyətinin azalması dünyada, eləcə də ölkədə baş verən iqtisadi vəziyyətlə əlaqədar ötən ilin sonu, bu ilin əvvəlindən başlayaraq hökm sürür.

Dünya təcrübəsinə nəzər saldıqda da görmək olur ki, iqtisadi vəziyyətlə əmlak bazarında baş verən dəyişikliklər paralel olaraq gedir. Qonşu Rusiyanın misalında xatırlamaq olar ki, rublun dəyərdən düşməsi və iqtisadi böhran ölkədə tez bir zamanda evlərin qiymətinin ucuzlaşması ilə nəticələndi. Bununla yanaşı, pulu dəyərdən düşən ruslar arasında alıcılıq qabiliyyəti də sıfıra endi.

Ümumiyyətlə isə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da mənzilə nisbətən torpaq sahələri məhdud olduğu üçün əhali arasında daim bu sahəyə maraq var. Odur ki, bu sahədəki vəziyyət demoqrafik proseslə birbaşa əlaqəli şəkildə inkişaf edir.

İqtisadçıların araşdırmalarına nəzər saldıqda da görmək mümkündür ki, son vaxtlar əsasən 2 - 3 sotluq torpaq sahələrinə tələbat yüksək olub. Bu da onu göstərir ki, indiki durumda xırda torpaq sahələri vətəndaşların imkanlarına cavab verir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ev almaq istəyənlərin nəzərinə: Payızda...

    Ev almaq istəyənlərin nəzərinə: Payızda... ...

    9-08-2017, 11:48

  • 
  • Bakıda daşınmaz əmlak bazarında VƏZİYYƏT

    Bakıda daşınmaz əmlak bazarında VƏZİYYƏT ...

    13-08-2016, 10:45

  • 
  • Ev alanlar və satanlar: bu xəbər sizin üçündür

    Ev alanlar və satanlar: bu xəbər sizin üçündür ...

    13-06-2016, 01:45

  • 
  • Bakıda kirayə mənzillər ucuzlaşdı

    Bakıda kirayə mənzillər ucuzlaşdı ...

    25-08-2017, 12:33

  • 
  • Evlərin qiyməti rekord həddə çatıb (VİDEO)

    Evlərin qiyməti rekord həddə çatıb (VİDEO) ...

    9-07-2014, 17:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu