Masallı rayonunun Boradigah qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ZİL markalı yük avtomobili su kanalına aşıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Mübariz Mirxas oğlu Fərəcov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb və ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?