Hal-hazırda ilin sonu çatdığına görə, növbəti tədris ilinin birinci yarım illiyi yaxınlaşır, tədrisin sonudur desək isə, daha dəqiq olar. Elə bu baxımdan da artıq GDU-nun bir cox fakultələrində, o cümlədən fizika və texniki fənlər fakultəsində, bir çox tədbirlərə əl atılıb. Belə ki, fakultə dekanı İldırım Qasımovun iş prinsipinə uygun quraşdırdığı kameralardan əlavə, kirvəsi dekan müavini olan Yəhya Namazov da işini-gücünü atıb, ancaq fakultənin yerləşdiyi mərtəbənin giriş qapısında qalıb. İmtahan ərəfəsində işinin cox olmasına baxmayaraq, onun ayıq-sayıq olması görəsən nəyə və kimə xidmət edir? Fakultənin dekanı İldrım Qasımovun özünə gəlincə isə, əli artıq böyüklərin ətəyində olan bu dekanın işini fakultənin titrları bir balaca çətinə salıb. İmtahan ərəfəsi dekanın başı üzərindəki “qara buludlar”ı uzaqdan görənlər, onun ismarıclarını tələbələrə bütün zamanlarda çatdırsalar da, indiki halda vəziyyətin bir balaça gərgin və təhlükəli olduğunu anladıqlarından, qış semestr imtahanları ərəfəsində dekanın bütün sifarişlərini, dekan müavini Yəhya Namazovun üzərinə atıblar. İşin belə bir hala düşməsi təbii ki, onsuz da bütün zamanlarda əsəbini cilovlaya bilməyən dekanı özündən çıxarıb. Yəhyanın da işi başından aşıb. Ümumiyyətlə uzun illərdir ki, GDU-da müəllim işləyən İldırım Qasımov, «daşdan da pul çıxarır». Aylığa, illiyə buraxılan və TQDK xətti ilə az bal toplayan tələbələrin pulunun qarşılığında qrup nümayəndəsi təyin olunması, artıq universitetdə adi hala çevrilib. Ortada gəzən söz-söhbətlərdən məlum olur ki, dekan Qasımov, əldə etdiyi pulları təkbaşına «həzmi rabe»dən keçirir. Əslində bunun inandırıcı olduğu da şübhəlidir. Çünki, rektorun və ələlxüsus da bir-iki prorektorun xəbəri olmadan GDU-da «quş» belə «uça» bilməz. O zaman məntiqi baxımından hər kəs də belə bir fikir formalaşır ki, fizika fakultəsinin dekanı aylığa buraxdığı tələbələrdən aldığı pulların bir qismini Yusif Yusifova, yaxud da daha dəqiq desək, əli ətəyində olan prorektorlara verir. Əks təqdirdə, artıq uzun zaman davam edən gizli dinləmələrə, yaxud da Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından sərnişin daşımaqla məşğul olan və ayda bir dəfə universitetə baş çəkən Yəhya Namazovun bacısı oğlu Hümbəti rektor yola verməzdi. Bir faktı da qeyd edək ki, bu gün universiteti rektor deyil, prorektorlardan ikisi idarə edir. Bu haqda gələn sayımızda məlumat verəcəyik. Odur ki, bizi izləməyi unutmayın. P.S. Artıq Gəncə Dövlət Universitetində baş verən olayları universitet rəhbərliyi ilə bərabər, geniş ictimaiyyət və Təhsil Nazirliyi də adi hal kimi qarşılayırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?