GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Atamın mənə verdiyi çörəyi özümə haram bilirəm” - Eldar Sabiroğlunun oğlu

“Atamın mənə verdiyi çörəyi özümə haram bilirəm” - Eldar Sabiroğlunun oğlu

Tarix: 21-12-2015, 14:18 Bölmə :Ölkə Baxış: 0
“Atamın mənə verdiyi çörəyi özümə haram bilirəm” - Eldar Sabiroğlunun oğlu

YAP-çı, «91-lər»in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərov hazırda evinin qarşısında polis olduğu haqda xəbərə və istefası ilə bağlı bəzi məsələlərlə əlaqədar Meydan TV-ə müsahibə verib. O, ilk əvvəl atasının onu təhqir etməsinə münasibət bildirib:

– “Moderator.az” saytında atam məni təhqir edib. Mən bir şeyi idrak edə bilmirəm. Sonuncu addımımı atam Zərdabla bağlayır. Buradan ölkənin prezidenti İlham Əliyev başda olmaqla, bütün xalqıma elan edirəm ki, Zərdab xalqı mənim ruhumdur, canımdır. Həsən bəy Zərdabidən ruh alıb, bu addımı atmışam. Amma bu, o demək deyil ki, bütün cəmiyyətin qarşısında atam məni təhqir etsin.

-Rüfət bəy, bu bəyanatı verməzdən əvvəl atanızla bu haqda hər hansı bir söhbətiniz olmuşdumu?

-Qətiyyən. Atam Heydər Əliyev və İlham Əliyev siyasətini yürüdən adam olub. Bunu sizə ədalət üçün söyləyirəm. Bilirsiniz ki, atam Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub. Mən bir şeyi demək istəyirəm. Lütfən, dediklərimi olduğu kimi yazın. 1992-ci ildən bəri, YAP-dan bəri, mən özüm işləyənə qədər atamın mənə verdiyi çörəyi özümə haram bilirəm. Atamın mənə verdiyi bu rejimin çörəyini özümə haram bilirəm.

-Amma özünüz də bu sistemdə işləyirdiz…
- Bir neçə il əvvəl mətbuatda elan oxudum. 3 mərhələdən keçdim və son 5 ildir ki, prokurorluqda müstəntiq kimi fəaliyyət göstərirəm. Bu qərarıma bir çox faktorlar təsir etdi. Xüsusilə, Zərdab rayonunda fəaliyyət göstərdiyim müddətdə bir deyil, bir neçə şəxs müstəntiqin otağına qəbul olub, ondan borc istədi. Siz bunu təsəvvür edisinizmi?
-Bu bəyanatı verdikdən sonra baş verənləri hesablamışdınızmı?
- “Mənim 34 yaşım var. İdrak edirəm ki, bundan sonra mənə qarşı hər hansı bir ali və ya qeyri-ali həmlələr olacaq. Lakin hiss etsəm ki, mənə qarşı çox ciddi hücumlar var, ölkə vətəndaşlığından imtina edəcəm. Avropaya müraciət edəcəm. Yəqin ki, Avropada demokratiya varsa, mənim bu sözümü dinləyəcəklər”.
-YAP-çı deputat Aydın Mirzəzadənin sizin bəyanata münasibəti ilə tanışsınızmı?
-Aydın Mirzəzadə YAP-da olan çox azsaylı ləyaqətli və şərəfli insanlardan biridir.
-Aydın Mirzəzadə bildirir ki, siz bir hüquqşunas kimi, ittihamlarınızda faktlara əsaslanmalı olduğunuzu bilməlisiniz. Bu haqda nə deyə bilərsiniz?
-Mən anlaya bilmirəm ümumi, yoxsa, xüsusi faktlar lazımdır? Bu boyda millət məhv olur. Ümumi fakt budur ki, millət məhv olur. Aydın müəllim əgər məndən xüsusi faktlar istəyirsə, çağırın onu, üzbəüz söhbət edək. Mən Aydın müəllimin qarşısında böyümüşəm. Bilirəm ki, partiyanın yaradıcılarından biridir. Atamın qarşısında böyümüşəm. Onlar bilir ki, mən kiməm. Bir şeyi də deyim sizə, bütün Azərbaycan xalqına elan edin. Əgər Eldar Sabiroğlu məndən imtina edərsə, təxminən 3-4 gün ərzində əgər atam ölərsə, atamın başdaşına bu rejimin anatomiyasını birbaşa hopduracam.
-Rüfət bəy, “atam ölərsə” deyəndə, nəyi nəzərdə tutursunuz?
-Atam xəstə insandır. Anam da xəstədir. Atam son dərəcə xəstədir. İki və ya üç dəfə mənə zəng vurub, söyüb, təhqir edib məni. Atama sizin vasitənizlə elan edirəm. Atam ölərsə, onun başdaşına bu rejimin hüquqi mahiyyətini, anatomiyasını əks etdirən bir yazını hopduracam.
-Yəni, valideynlərinizin xəstə olmasına rəğmən bu bəyanatı vermisiniz?
-Mən buradan valideynlərimə bir söz demək istəyirəm. Çox hörmətli Eldar Sabiroğlu, çox hörmətli Tahirə Tahirqızı, siz məni əkib-doğmusunuz, bu həyata gətirmisiniz. Sizə minnətdaram. Amma bu, o demək deyil ki, bütün həyatımı siz şərtləndirməlisiniz.
-Yayılan məlumatlara görə, hazırda evinizin qarşısında polis var. Bu məlumat doğrudurmu?
-Mən hazırda xidməti kabinetimdəyəm. Yoldaşımla danışdım. Evdən aldığım məlumata görə, evimizin qarşısında polis var. Mən hüquqçuyam və hüququn nə demək olduğunu çox gözəl dərk edirəm. Gözləyirəm ki, sabah açılsın, baş prokuror Zakir Qaralova müraciət edəcəyəm. Ondan sonra əmrimin veriləcəyi vaxtdan sonra buranı tərk edəcəm. Sosial şəbəkələrdə və mətbuatda yazırlar ki, Rüfət Səfərov radikal söhbət edir. Qətiyyən. Mən bunlara normal yanaşıram.
-Saat 22:00-ı keçməsinə baxmayaraq, xidməti otağınızda olduğunuzu deyirsiniz. Bu vaxta qədər işdə olmağınız nə ilə bağlıdır?
-Açığı, KİV nümayəndələri mənə zəng vururlar, sonuncu bəyanatımla bağlı soruşurlar. Mən də gözləyirəm. Yoldaşım evdə qorxur. Onun dediyinə görə, evin qarşısında polis var. Düzü, bunu özüm görməmişəm. Hüquqşünas olduğum üçün fakta əsaslanmalıyam. Evdəkilərin dediyinə görə, qapımızın ağzında polislər var. Mən bir azdan evimə gedəcəm. Yoldaşıma da dedim ki, əgər məndən imtina edirsənsə, atana zəng vur. Qaynatam da Yevlax Rayon İcra Hakimiyyətinin birinci müavinidir. Əgər qorxurlarsa, gəlib, səni götürsünlər. Yoldaşım mənə dedi ki, sən hardasan, mən də ordayam.

-Rüfət bəy, evinizin qarşısında polis olması məlumatı təsdiqlənərsə, ümumiyyətlə, indiki vəziyyətdə özünüz üçün həbs təhlükəsi hiss edirsinizmi?
-Mən öz bəyanatımda da demişəm. Əgər həbsdən, hər hansı bir basqıdan qorxsaydım, təbii ki, bu addımı atmazdım. Yəni, prokurorluqda işləyən bir şəxs. Sizə deyim ki, mənim maaşım kifayət qədərdir. Xidməti maşınım olmasa da, şəxsi maşınım normaldır. Evim var. Amma ölkədə baş verən kütləvi, ali namussuzluq məni vadar etdi ki, bu addımı atım.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Sabiroğlunun oğluna 9 il iş verildi

    Eldar Sabiroğlunun oğluna 9 il iş verildi ...

    9-09-2016, 17:35

  • 
  • Rüfət Səfərovun xanımından tükürpədən sözlər

    Rüfət Səfərovun xanımından tükürpədən sözlər ...

    15-09-2016, 12:03

  • 
  • Rüfət Səfərov azadlığa çıxır

    Rüfət Səfərov azadlığa çıxır ...

    16-03-2019, 18:59

  • 
  • Eldar Sabiroğlu vəzifəsinin icrasına qayıdır - Açıqlama

    Eldar Sabiroğlu vəzifəsinin icrasına qayıdır - ...

    10-12-2013, 14:15

  • 
  • Məşhur rejissorun qızı: "Atam mənə təcavüz etdi"

    Məşhur rejissorun qızı: "Atam mənə təcavüz ...

    3-02-2014, 00:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu