Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu vəzifəsinin icrasına dönür. Eldar Sabiroğlunun məzuniyyət müddəti bitmək üzrədir və o, yaxın müddətdə vəzifəsinin icrasına qayıdacaq.
E. Sabiroğlu faktı AzNews.az təsdiq edərək, bildirib ki, bu gün onun məzuniyyət müddəti bitir və artıq sabahdan işinin icrasına başlayacaq.
Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin edildikdən bir müddət sonra qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun da vəzifəsindən uzaqlaşdırıldığı haqda mediada məlumat yayıldı.
Sonradan bəlli olub ki, E.Sabiroğlu ordudan tərxis olunmaq üçün raportla müraciət edib. Amma, hələlik ona məzuniyyət verilib və qayıtdıqdan sonra ordudan tərxis olunması məsələsinə baxılacaq.
Sorğu
Yeni dizaynımız necədir?