Azərbayanda dolların tədricən bahalaşması bundan sonra da davam edəcək.
Bu barədə fins.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev, Azərbaycan Mərkəzi Bankının (AMB) «üzən məzənnə»yə keçidlə bağlı qərarını və dolların məzənnəsinin 1,55 manat olmasını şərh edərkən bildirib.
«Üzən məzənnə»yə keçidin fəsadları
Onun sözlərinə görə, «üzən məzənnəyə» keçidin fəsadları həmişə ilk olaraq kəskin devalvasiyada özünü göstərir. Yəni ilk vaxt milli valyuta kəskin ucuzlaşır: «Biz bunu ilk dəfə Qazaxıstan və Rusiyada gördük.
«Nəzarət olmasa dollar 2-3 manat ola bilər»
Samir Əliyev bildirib ki, AMB üzən məzənnəyə keçid elan etsə də, bu idarə olunan “üzən məzənnə” olacaq. Yəni AMB milli valyutanın nəzarətsiz şəkildə ucuzlaşmasına imkan verməyəcək: «Çünki bu hədd son hədd deyil. Bundan sonra da dolların məzənnəsi bazara uyğun olaraq aşağı düşəcək. Və AMB-nin nəzarəti olmasa dollar 2-3 manata qədər bahalaşa bilər».
Əhaliyə dəstək verilməlidir
Samir Əliyev
Ekspert bildirir ki, üzən məzənnəyə keçid və manatın kəskin devalvasiyasiyası şəraitində hökumət və Mərkəzi bank vətəndaşlara dəstək olmalıdırlar: «Bu dəstək xüsusilə dollarla krediti olanlara aid olmalıdır. Həmin şəxslərin kreditlərinin müddətinin uzadılması və faizlərinin endirilməsinə icazə verilməlidir». Belə ki, məsələn, Qazaxıstanda krediti əvvəlki məzənnə ilə qaytarmağa iazə verdilər. Krediti olanlar barədə heç nə deyilmir
Qeyd edək ki, AMB-nin «üzən məzənnə»yə keçidlə bağlı bəyanatında dollar krediti olanlar barədə heç nə deilmir. Bəyanatda bildirilir ki, «Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir».
Birinci devalvasiya qədər ağır təsir etməyəcək
Samir Əliyev bildirib ki, bu dəfəki qərar ölkə vətəndaşlarına birinci devalvasiya qədər təsir etməyəcək. Xatırladaq ki, bu il fevralın 21-də baş verən birinci devalvasiyada manat 34% ucuzlaşmışdı. Amma ekspert bildirir ki, istənilən halda deavalvasiyaya davam gətirmək vətəndaşlar və biznes üçün ağır olacaq.
4-5 bank bazarı tərk edə bilər
Samir Əliyev bildirib ki, bu dəfəki qərar daha çox bank sektoruna zərbə vuracaq: «Çunki hələ banklar ilk dealvasiyadan özlərinə gəlməmişdi». Onnu sözlərinə görə, baş verən proseslərdən sonra bazarı tərk edən bankların sayı artacaq: «Məncə gələn ilin sonunadək 4-5 bank bazarı tərk edə bilər».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?