Zavoddan işdən qovulan işçi milyonların mənimsənildiyini iddia etdi
Bakı şəhər sakini Arif Cavadov korrupsiya faktı ilə üzləşməsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib. O, prezidentə göndərdiyi məktubun bir sürətini də redaksiyamıza göndərib. Arif Cavadov bildirib ki, son iki il ərzində prezidentə çoxsaylı məktublar ünvanlayıb: “İki il ərzində Sizə ünvanladığım məktubların sizə çatmadığına məndə əminlik yaranıb. İndi də mətbuat orqanları tərəfindən sizə müraciət edib üzləşdiyim problemin həllində köməklik göstərmənizi xahiş edirəm”.
Şikayətçi qeyd edib ki, 2013-ci ilin dekabrında 25 il işlədiyi H.Əliyev adına zavoddan işdən qovdulab: “Buna səbəb o oldu ki, Seymur Hacıyev adlı məsul bir şəxsin korrupsiya ilə məşğul olmasını ifşa etdim. Onun 2000000 manatlıq gizli anbarlarda saxladığı və bir neçə dəfə dövriyyəyə
buraxaraq saxladığı mal materiallar aşkarlandı. Rəhbərlik tərəfindən bu hadisə ört-basdır edildi, mən isə isdən qovuldum”.
Arif Cavadov onu da əlavə edib ki, iki il ərzində baş prokurora 49 dəfə müraciət ünvanlayıb: “Hər bir müraciətimi cavablandırmaq üçün ya Energetika Nazirliyinə, ya da Neft şirkətinə aidiyyatı üzrə göndərilir. Neft şirkətindən mənə cavab yazırlar ki, BOSŞelf şirkəti bizim nəzdimizdə olmadığı üçün ona nəzarət edə bilmirik. BOSŞelfin direktoru isə yazır ki, biz neft şirkətinin nəzdində tam şəffaf fəaliyyət göstəririk. Bunlardan hansı yalan danışır? Energetika Nazirliyindən isə bildirilər ki, korupsiya hadisəsinin araşdırılması bizim səlahiyətimiz xaricindədir. Baş Prokurorluqdan isə bildirib ki, nazirlik icazə vermir biz orda korrupsiya hadisəsini araşdıraq”.
Şikayətçi müracətində daha sonra qeyd edib: “Cənab prezident, mən sizin çıxışlarınızda verdiyiniz bəyanatlarda məmurların sadə vətəndaşlara qarşı etinadsız yanaşmasına son qoyulmasın dönə-dönə tapşırmanızı eşitmişəm. Bəs onda niyə sizə güvənib cinayətkarları ifşa edən sadə vətəndaşa qarşı bu cür laqeyidlık nümayiş olunur? Bu cür davranışla onlar sizin imicinizə xələl gətirmək niyyətində olmarı bilinir. Buna görə də Mahmudov kimilər dövlətçiliyimizin tarixinə ləkə salılrlar. Cənab prezident, sizdən xahiş edirəm ki, bu hadisənin qanun çərçivəsində həll olunmasında mənə köməklik edəsiniz”.
Sorğu
Yeni dizaynımız necədir?