Şirvan Üzən Nasoslar Zavodunun direktoru büdcə vəsaitlərini mənimsəməklə oliqarxa çevrilib
Şirvan Üzən Nasoslar Zavodunun direktoru tezliklə rəsmi milyonçu elan edilə bilər. Şirvan Meliorasiya-Mexaniki Təmir-İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən Şirvan Üzən Nasoslar Zavodunun rəisi Əliheydər Dövlətov dövlət vəsaitlərini mənimsəməklə kiçik oliqarxa çevrilib.
20 ilə yaxındır Şirvan Üzən Gəmiz Zavodunun müdiri işləyən Əliheydər Dövlətov böyük var-dövlət sahibi olub. Onun həyata keçirdiyi korrupsiya maxinasiyalarında əsas ortağı isə Şirvan Meliorasiya-Mexaniki Təmir-İstehsalat Birliyinin müdiri Rafət İbrahimov olduğu deyilir. Məlumatda qeyd olunur ki, hər iki ortaq korrupsioner məmur dövlət büdcəsindən ayrılan miyonlarla manat vəsaitləri müxtəlif işlərin görülməsi, təmiri, tikintisi adı altında sənədləşdirərək mənimsəyiblər.
Şirvan Üzən Nasoslar Zavodunda işləyən mənbə qeyd edir ki, Əliheydər Dövlətov zavoda ayrılan elektrik naqilləri, avadanlıqları ehtiyyat hissələrini və yanacaq, sürtgü yağlarını matrealalrını silərək satır.
Qeyd edilir ki, bir neçə ay öncə Əliheydər Dövlətov övladına toy edib. Həmin dəbdəbəli toyda paytaxtdan təşrif buyuran onlarla müğənni iştirak edib. İddialara görə, zavod müdiri oğlunun toyunda təkcə müğənnilərə 100 min manata yaxın xərc çəkib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?