İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri günün sonunda evə buraxılıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.
Xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun utilizasiya sahəsində partlayış baş verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?