gundemxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcabədi rayonunda, Ağcabədi-Zərdab yolunun 7-ci kilometrliyində "SAİPA" markalı minik avtomobili ilə “MTD” markalı traktorun toqquşması barədə məlumat daxil olub.
Nəticədə, minik avtomobilinin sərnişini 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?