Milli Məclisin 15 mart iclasında hökumətin son 1 illik fəaliyyətinə qiymət veriləcək
Nazirlər Kabinetinin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub. SİA-nın məlumatına görə, martın 15-də Nazirlər Kabineti Milli Məclisə 2012-ci ilin hesabatını verəcək. Hər il olduğu kimi, bu il də hökumətin hesabatı mart ayında dinləniləcək. Milli Məclisin V iclasında hökumətin son 1 illik fəaliyyətinə qiymət veriləcək. Qeyd edək ki, Milli Məclisin (MM) daxili nizamnaməsinə görə, hər il parlamentin yaz sessiyasının 5-ci iclasından (mart ayı) gec olmayaraq hökumətin son bir illik fəaliyyəti ilə bağlı dinləmələr keçirilir və hökumət adından Baş nazir parlamentarilər qarşısında hesabat verir. Parlamentdə hökumətin 2012-ci ilin yekunlarına dair hesabat məruzəsinin Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?