GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Deputat Musa Qasımlı hesabat verdi

Deputat Musa Qasımlı hesabat verdi

Tarix: 26-12-2012, 15:57 Bölmə :Ölkə Baxış: 570
Deputat Musa Qasımlı hesabat verdi

42 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Musa Qasımlı 2012-ci ildəki fəaliyyətinə dair hesabat verib. Deputatın qərargahından Modern.az-a bildirilib ki, hesabat ilində millət vəkili, professor Musa Qasımlı qanunvericilk sahəsində fəallıq nümayiş etdirib, komitə iclaslarında, parlamentin sessiya iclaslarında cari məsələlərin, qanun layihələrinin müzakirəsi zamanı təklif və qeydlərini söyləyib.

Milli Məclisin 14 fevral tarixli V sessiyasının 2-ci iclasında Suriya ətrafında baş verən hadisələrlə bağlı çıxış edərək Azərbaycanın mövqeyinin düzgün, Ruminiyada olan zəlzələdən ziyan çəkənlərə Azərbaycanın göndərdiyi yardımların ölkəmizin artan nüfuzunun göstəricisi olduğunu vurğulayıb, çoxuşaqlı ailələrə dövlət qayğısının artırılmasını, uşaq pulları sisteminin tətbiqini, televiziya kanallarındakı düşük şou proqramlarının ləğvini, onların əvəzində tarix və mədəniyyətimizlə bağlı maarifçilik proqramlarına geniş yer verilməsini təklif edib.

Milli Məclisin 7 mart tarixli V sessiyasının 4-cü iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında çıxış edib.

Milli Məclisin 16 mart tarixli V sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin 2011-ci il üçün fəaliyyəti haqqında hesabatı barədə çıxış edərək sovet dönəmində banklara qoyulmuş və əslində batmış əmanətlərin qaytarılmasına dair cənab Prezident İlham Əliyevin fərmanını yüksək qiymətləndirib,Vandakı zəlzələdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin göstərdiyi yardımı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çöllüklərdə ağaclar əkməsini, Daxili İşlər Nazirliyi və Dövlət Sosial Mudafiə Fondu rəhbərlərinin əhali ilə görüşlərinin əhəmiyyətli, inşaat şirkətlərinin əhalini aldatmasının yolverilməz olduğunu bildirib, demoqrafik inkişaf ilə bağlı olaraq qanunun qəbul edilməsinin vacibliyini, yerlərdəki idarə və təşkilatların vətəndaşların qəbulunu sadələşdirimələrinin, qapıları açmalarının lazımlığını, hökumət orqanlarından Sumqayıta daha çox diqqət yetirmələrini xahiş edib.

6 aprel tarixli V sessiyasının 7-ci iclasında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında çıxış edərək müasir yolların tikintisi ilə parallel olaraq qəzaların sayının artmasının üzücü olduğunu, adamlarımızın yollarda həlak olmalarının qarşısını almaq üçün təkliflərini, qanunlarımızın dili ilə bağlı məsələləri qaldıraraq ana dilimizin zənginliyini qorumağın vacibliyini bildirib.

Milli Məclisin 30 noyabr tarixli V sessiyasının 8-ci iclasında dövlət başçısının Sumqayıtın abadlaşdırılması və yeni iş yerlərinin açılması üçün ayırdığı əlavə vəsaitə görə seçicilər adından təşəkkür edib, arxivlərimizdə ödənişli sistemin tətbiqini, arxivlərin ixtisaslı kadrlarla təmin edilməsi məqsədi ilə BDU-nun kitabxanaçılıq fakültəsinin nəzdində Arxivşünaslıq ixtisasının açılmasını təklif edib.

Milli Məclisin 12 iyun tarixli VI sessiyasının 1-ci iclasında İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirələrdə çıxış edərək şəhər və qəsəbələrimizdə təmizliyə riayət edilməsi, ekologiyanın və vətəndaşlarımızın sağlamlığının qorunması üçün qanunların sərtləşdirilməsini təklif edib.

Milli Məclisin 1 oktyabr tarixli VII sessiyasının 1-ci iclasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və digər ərazilərə xaricilərin icazəsiz getmələrinin qarşısının alınması, işğal edilmiş torpaqların vahid işğal gününün elan edilməsi, soyqırım abidəsinin ucaldılması, xarici ölkələrdə açılmış Azərbaycanşünaslıq mərkəzlərinin tariximizə, mədəniyyətimizə dair kitablarla təmin edilməsi, uşaq televiziyasının açılması üçün təkliflərini deyib.

Milli Məclisin 14 noyabr tarixli VII sessiyasının 5-ci iclasında Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərkən dövlət büdcəsinin hazırlanmasını müsbət qiymətləndirib, elm və təhsilə ədalətli rəqabətin gətirilməsini, universitetlərin dövlət büdcəsindən asılılığının azaldılmasını, alim əməyinə qiymət verilməsində yekunda bərabərliyə son qoyulmasını, AMEA-da qədim dillərin öyrədilməsi üçün vəsait ayrılmasını, tələbələr üçün yataqxana şəbəkələrinin tikinitisinə xüsusi diqqət yetirilməsini, Azərbaycanda istehsal olunan və ya istehsalı mümkün olan mallar üzərində rüsumun artırılmasını, banklarda faiz dərəcələrinin aşağı salınmasını, Ermənistanın təcavüzünə dair filmlərin çəkilişinin, kitabların nəşrininin maliyyələşdirilməsini təklif edib.

Millət vəkili həmçinin digər vacib hesab etdiyi məsələlər barədə də şıxış edib.

Seçicilərlə işləməyə gəlincə, hesabat ilində Musa Qasımlı Sumqayıtda bir neçə məktəbdə müəllimlərlə, gənclər, təqaüdçülər, müharibə veteranları, 4, 5, 6, 8, 11-ci mikrorayonlarda seçicilərlə görüşüb. Qələbə gününə həsr edilmiş tədbirlərdə, Sumqayıtdakı fiziki qüsurlu uşaqlar üçün internat məktəbində xeyriyyə görüşündə, şəhər səviyyəli digər toplantılarda iştirak edib.

Hesabat ilində Musa Qasımlının ünvanına 36 yazılı müraciət (bunların 9-u müəssisə və təşkilatlardan, 27-i isə vətəndaşlardan) daxil olub. Bütün müraciətlərə cavab verilib və müvafiq orqanlara baxılmaq üçün gondərilib.

Musa Qasımlı həmçinin seçicilərinin xeyir-şər məclislərində də iştirak edib. Kütləvi informasiya vasitələrində çıxışlar edib, müsahibələr verib.

Millət vəkili Musa Qasımlı hesabat ilində elmi fəaliyyətini də davam etdirib. Tariximizə, xüsusən Ermənistanın ölkəmizə təcavüzü, dövlətimizin beynəlxalq əlaqələrinə dair əsər və məqalələri Azərbaycan ilə yanaşı Argentina, Türkiyə, Rusiya, Ukrayna və b. ölkələrdə nəşr edilib. Professor Musa Qasımlı Türkiyə, Rusiya, Avstriya və Macarıstanda keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan tarix elmini layiqincə təmsil edib.

Professor Musa Qasımlı tarixi həqiqətlərin təbliğində fəaliyyətinə görə, Avropa Qəzetçilər Dərnəyi tərəfindən 2012-ci il üçün “İlin millət vəkili” adına layiq görülüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Artur Rasizadə hesabat verəcək

    Artur Rasizadə hesabat verəcək ...

    11-03-2013, 09:54

  • 
  • Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı

    Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı ...

    2-10-2015, 18:37

  • 
  • Milli Məclisdə tıxac müzakirəsi

    Milli Məclisdə tıxac müzakirəsi ...

    12-11-2013, 14:24

  • 
  • Deputat uşaq televiziyasının yaradılmasını TƏKLİF etdi

    Deputat uşaq televiziyasının yaradılmasını TƏKLİF ...

    12-11-2013, 15:00

  • 
  • Musa Yaqubun səhhəti pisləşib

    Musa Yaqubun səhhəti pisləşib ...

    15-06-2013, 00:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu