SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 3-ü evə buraxılıb. MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər – Mərdan Rəcəbov, Rəşid İbrahimov, Elşən Mustafayev müalicələri başa çatdığı üçün evə buraxılıblar.
A. Fətəliyeva əlavə edib ki, hazırda xəstəxanada qalan 6 neftçinin müalicəsi davam edir.
Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?