Xarici valyutanın məzənnəsinin dəyişməsi xarici turizmin qiymətlərinə hər gün təsir edir. Buna görə də qiymətlər hesablananda gündəlik məzənnə nəzərə alınır.
Bəzi turizm şirkətləri dolların məzənnəsi hər gün dəyişdiyinə görə turpaketlərn qiymətlərini dollarla müəyyənləşdiriblər. Bəziləri isə dollarla satış qadağan olduğuna görə, turpaketin qiymətini dollarla göstərib ödənişi manatla qəbul edəcəklərini deyiblər.
Qeyd edək ki, ikinci devalvasiyadan sonra xarici turpaketlərin qiymətləri 50%-ə qədər bahalaşması barədə məlumat vermişdik. Turizm şirkətlərindən bildiriblər ki, hazırki vəziyyətlə bağlı hər hansı dəyişiklik yoxdur və ucuzlaşma gözlənilmir. (fins.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?