Azərbaycanda dolların bahalaşnası xarici turların qiymətlərində də öz təsirini göstərəcək.
Qiymətlərdə mütləq fərqlilik yaranacaq. Bunu Turizm Assosiyasinin (AzTA) rəhbəri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bütün xarici turlar dollarla alınır. Buna görə də, məzənnənin dəyişməsinə uyğun olaraq qiymətlər də artacaq: «Amma bu süni bahalaşma olmayacaq. Kurs ne qeder deyisibse bahalaşma da o qeder olacaq». Assosiasiya rəhberi deyir ki, bu günə qədər alınan turlar olduğu kimi davam edəcək, yəni pulu ödənilənlər bahalaşmayacaq. Yeni turlarda isə mütləq fərq olacaq. AzTA-nın rəhbəri bildirib ki, bu veziyyetden çıxış yollarından biri daxili turizmi inkişaf etdirmekdir: «Ölkədən getmə turizmini müəyyən qədər kənara qoyub daxili turizmi inkişaf etdirmək lazımdır. Devalvasiyadan ancaq bu formada yararlanmaq olar». (fins.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?