Qəbir daşlarından siyasi alət kimi istifadə edən məmurlar bununla da özlərini faş etdilər
Yaşadığımız bu məmləkətdə hər cür qəribəliklər yaşanır. Nə yazmaqla nə də ki, danışmaqla qurtarası deyil. Hələ bu azmış kimi görürsən ki, bəzi ağzıgöyçəklər gah quş və donuz qripindən, gah da ki, ekaloji balansın pozulmasından nə bilim ətraf mühütin çirklənməsi ilaxır və s. Ağız dolusu danışıb və bunu təhlükəli virus kimi ictimai gündəmə sırışdırırlar. Ağacların bar-barcasına qırılması suyun çirkləndirilməsi, torpaqların erroziyaya uğraması və eləcə də insan həyatı üçün təhlükə yaradan keyfiyyətsiz qida məhsullarının satışına nəyinki şərayit yaradan, hətta bir başa iştirak edən məgər kimlərdir? Əlbətdə ki, səhərdən axşamadək telekanallarda utanıb çəkinmədən və vicdan hissi keçirməyən məmurlardır. Heç də uzağa getməyək götürək elə Saatlını. Heç kim zəmanət verə bilməz ki, bu rayonda H-1 N-1 virusundan da qorxulu xəstəlik yoxdur. Çünkü bu rayonun məmurlarının başları soyğunçuluğa, talançılığa, saxtakarlığa və şər-böhtan kimi çirkli işlərə qarışıb. Bir fikir verin 94 min əhalisi olduğu deyilən bu rayonda, Baytarlıq adında idarənin yalnız quruca adı var. Hər addımbaşı fəaliyyət göstərən qəssabxanalarda gigenik qaydalara əməl olunmadığından üfunət iyi ətrafı büriyir. Satılan ətlərin mənşəyi bəlli deyil. Bir də görürsən ki, camış ətinini dana əti adı ilə, yaxudda ki, ölmüş heyvan ətini təzə cöngə əti adı ilə sırıyırlar. Əlbətdə ki, belə möhtəkirlər üçün təki pul çıxsın. Nəysə, hansını deyəsən? Dərd bir deyil, iki deyil. Ötən ay rayon qaz istismar idarəsində görünməmiş yeyintinin üstü açıqlandı. Hansı ki, Qaz İstismar İdarəsinin müdüri (artıq keçmiş) Əlcacabbar Əhmədov sən demə nə az, nə də çox düz 250000 manatı şəxsi pulu kimi mənimsəyib. Məlumat üçün bildirək ki, Ə. Əhmədov 2009-cu ildə qərarla azad edilmişdir. 2011-ci ildə isə bəlli olan sehrli qüvvələrin əli ilə yenidən həmin vəzifəyə gətrildi. Ə. Əhmədovda etmədi tənbəllik yığılan qaz pullarını şəxsi rifahına xərcləməklə boruların açıq-aşkar satışı ilə məşğul oldu. Abanentlərin adına əlavə pullar yazan Ə. Əhmədov daha da irəli gedərək vətəndaşları saxta aktlar əsasında yüksək 300-500 manat məbləğində cərimələr yazmaqla həm özünün həm də ki, “yuxarı”ların könülünü xoş edirdi. Maraqlı burasıdır ki, həzmi-rabehdən keçrilən bu qədər pulların ödənilməsi idarə və təşkilatların üzərinə atıldı. Sanki heçnə olmamış kimi Ə.Əhmədov sadəcə olaraq tutduğu vəzifədən uzaqlaşdırıldı. Saatlının sosial-iqtisadi sahələrində olduğu kimi siyasi həyatındada qorxunc qaranlıqlar yaşanır. Ələxüsusda müxalif fikirli insanlara qarşı amansızcasına səlib yürüşü aparılır. Buna rəğmən elə fevralın 23-dən 24-nə keçən rayonun Musalı kənd qəbrəstanlığında analoqu olmayan vandalizimi göstərmək olar. Ermənilərin Azərbaycan qəbristanliğında törətdikləri vəhşiliklərə bənzər həmin bu hadisə siyasiləşdirilərək AXCP-nin rayon təşkilatının üzərinə atıldı! Rayon sakinləri deyir ki, belə çirkin əməldə hansısa rəqib olan siyasi təşkilatı günahlandırmaq onu dməyə əsas verir ki, 81 qəbir daşının dağıdılması qabaqcadan hazırlanmış senarridir. Necə olur ki, mal-qara və digər oğurluq faktlarının üstü açılmadığı halda, amma həmin bu məlum cinayətin üstündən bir gün keçməmiş iki nəfər kənd sakini 1987-c i il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu şübhəli şəxs qismində saxlanıblar. Maraqlı məqamlardan biri də odur ki, dindirilmə zamanı Nəsimi Əliyev bu addımı güyya ki, atası Arif Əliyevin AXCP-nin üzvü olduğu üçün etiraz əlaməti olaraq atıb. Özü də ki, nə ilə yalın ayaqla. Əvvala onu qeyd edək ki, 81 tökmə betondan olan qəbir daşlarını dağıtmaq üçün gərək Şvartsneqr yada ki, robot olasan. Məhz onların məntiqindən belə çıxır. Qaldı ki, A .Əliyevin AXCP üzvü olmasına bu da tamamilə absurtdur. Xatırlatmaq istərdim ki, sözü gedən həmin bu A. Əliyev 2003-cü ildən YAP-ın üzvüdür. Keçmiş İcra başçısı Vaqif Hüseyinovun dövründə Saatlıda Heydər Əliyev parkinda bağban işləyib. Qarabağ müharibəsi veteranıdır. Rayon məscidinin Vadər adlı axundu olayla bağlı münasibət bildirərkən görün nə deyir? Yaxşı idmançı qəbristanlığın bu başından girib o biri başından çıxar. Bu da rayonun axundu. Daha nə deyəsən? Sitatın sonu: Onu da qeyd edək ki, hər cür xəstəlikdən müalicə olunmaq olar, amma mənəviyyata və əxlaqa qarşı yönəlik çirkin hərəkətlər və vurulan yaralar heç vaxt sağalmır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?