GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Rusiyanın Türkiyə siyasətinin yaxın zamanlarda dəyişəcəyinə ümid də yoxdur”

“Rusiyanın Türkiyə siyasətinin yaxın zamanlarda dəyişəcəyinə ümid də yoxdur”

Tarix: 28-12-2015, 22:48 Bölmə :Ölkə Baxış: 0
“Rusiyanın Türkiyə siyasətinin yaxın zamanlarda dəyişəcəyinə ümid də yoxdur”

Elxan Şahinoğlu: Türkmənlər Suriyada artıq bir amilə çevrilir”

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edirik.

- Rusiya-Türkiyə münasibətlərinin indiki durumunu necə qiymətləndirmək olar?

- Münasibətlər gərgin və mürəkkəb olaraq qalır. Səbəb odur ki, rəsmi Moskva geriyə addım atmaq istəmir. Rusiyanın əsas tələbləri odur ki, insidentə görə, Türkiyə üzr istəməli, Rusiyaya məxsus hərbi təyyarəni vuranlar cəzalandırılmalı, və təzminat ödənilməlidir. Türkiyə isə bu şərtlərin heç birini etməyəcək, çünki bunu heç bir dövlət etməz. Çünki ortada açıq-aşkar sərhəd pozuntusu qeydə alınıb və bunu bir neçə dövlətin mənbəsi qeyd edir. Rusiya isə geriyə addım atmır, əksinə, vəziyyəti getdikcə qəlizləşdirir. Yeri gəlmişkən, Rusiya artıq Türkiyənin daxili işlərinə qarışmağa başlayıb. Məsələn, təsadüfi deyil ki, radikal kürdlərin və PKK terror təşkilatının siyasi qanadı hesab olunan Xalqların Demokrat Partiyasanın lideri Moskvaya dəvət edilib. Bildiyim qədər bu partiya Moskvada özünün nümayəndəliyini açacaq. Eyni zamanda gələn xəbərlərə görə, Rusiya mənbələri PKK ilə təmaslara da, başlayıb. Bu o deməkdir ki, Rusiya Türkiyənin daxilinə təsir etməyə başlayıb. Digər tərəfdən, Türkiyənin özü də, müəyyən addımlar atmağa başlayıb. Konkret olaraq Krım tatarlarına dəstəyi artırıb. Faktiki olaraq iki dövlət bir-birlərinin daxili işlərinə qarışmağa başlayıb. Əgər biz Krımı Rusiyanın “torpağı” hesab etsək, bu o deməkdir ki, Rusiya-Türkiyə münasibətlərində ki, vəziyyət qısa müddətə normallaşmayacaq. Bu münasibətlərin düzəlməsi üçün illər lazım gələcək. Təsəvvür edin ki, son 5 ildə Türkiyə-İsrail münasibətləri də gərgin halda idi. Amma indi müəyyən yaxınlaşma var. Lakin münasibətlərin gərgin olduğu ən kritik məqamlarda belə İsrail Türkiyənin əleyhinə Rusiya qədər ciddi addımlar atmırdı. Odur ki, indi Rusiya ilə barışmaq, münasibətləri əvvəlki axarına qaytarmaq çox çətin olacaq. Vəziyyət hazırda bundan ibarətdir. Müşahidələrə əsaslanıb deyə bilərəm ki, Rusiyanın Türkiyə siyasətinin yaxın zamanlarda dəyişəcəyinə ümid də yoxdur.

- Ancaq Türkiyənin öz daxilində də vəziyyət kəskindir. Prezident Ərdoğan ölkə müxalifətini Rusiyaya dəstək verməkdə, onun mövqeyini bölüşməkdə ittiham edir. Türkiyədə siyasi qüvvələrin bu məsələyə münasibətində ciddi fərqlər varmı?

- Bəli, belə bir hal var. Milliyyətçi Hərəkat Partiyası istisna olmaqla digər müxalifət partiyaları yaranan bu gərgin durumda Türkiyənin dövlət maraqlarından çıxış etmirlər. Cümhuriyyət Xalq Partiyasından olan millət vəkillərindən biri Rusiya televiziya kanalına müsahibə verib, iddia irəli sürüb ki, Suriya əhalisinə qarşı kimyəvi silahdan istifadə Türkiyə hakimiyyətinin rolu və dəstəyi olub. Əlbət də, bu tamamilə iftiradır. Lakin CHP rəhbərliyi bu açıqlamasına görə, öz deputatını tənbeh etmədi. Üstəlik PKK-nın siyasi qanadı olan HDP liderinin PKK-ya dəstək verməsi, Diyarbərkir hadisələrində terrorçu qurumun tərəfini tutması və Moskvaya səfərə hazırlaşması

əslində Türkiyə dövlətçiliyinə qarşı atılan addımdır. Odur ki, bu məsələdə prezident Ərdoğan haqlı görünür.

- Hazırda sanki Türkiyə öz daxilində bir müharibə içərisindədir. Artıq PKK dağlarda deyil, böyük şəhərlərdə mövqe tutub. Bu qardaş ölkədə nə baş verir?

- Əslində PKK faktoru 40 ildir ki, mövcuddur. Lakin PKK indiki qədər heç vaxt azğınlaşmayıb. Məsələn, əvvəlki dönəmlərdə PKK atəş açandan sonra dağlara qaçırdı, hücumlarını keçə vaxtı həyata keçirərdi. İndi isə bu terror təşkilatı qəsəbə və kəndlərdə qərargah quraraq faktiki partizan müharibəsi aparmağa çalışırlar. Amma böyük zərbələr də alırlar. Çünki indiyə qədər minlərlə PKK üzvü öldürülüb. Məncə, bu onlara dərs olmalıdır. Türkiyə dövləti və ordusu PKK-nın ölkənin şərqində yerləşməsinə və möhkəmlənməsinə seyrçi qalmayacaq. Əksinə, nəyin bahasına olursa-olsa PKK-nı buradan vurub çıxaracaq. Yox, əgər seyrçi qalacaqsa, bu halda PKK şərq əraziləri əlində saxlamağa çalışacaq. Odur ki, indi ordunun strategiyası doğrudur. Terrora qarşı savaş açılıb, onlara göz dağı verilir. Mənim qənaətimcə, burada Rusiyanın da təsiri var. PKK-nın belə azğınlaşması məhz Rusiyaya məxsus qırıcı təyyarənin vurulmasından sonra ortaya çıxdı. Buna qədər PKK sağdan-soldan atəş açıb dağlara qaçırdı. İndi isə PKK kənd və qəsəbələrdən əhalini qovub, səngər, istehkam quraraq orduya hücumlar edirlər. Sanki PKK türk-rus münasibətlərinin kəskin olmasından ilham və dəstək alıb.

- AKP seçki öncəsi kampaniya aparırdı ki, Türkiyə sülh və əmin-amanlıq bir partiyanın mütləq hakimiyyəti qurulandan sonra baş verə bilər. Əhali AKP-yə mütləq hakimiyyət verdi. Demək olarmı ki, AKP verdiyi vədi yerinə yetirmədi, seçkidən sonra Türkiyə sabitləşmək əvəzinə stabilliyini saxlaya bilmədi...

- Söhbət bu vədin doğrulmasından getmir. Türkiyədə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq PKK terrorçularının ölkənin şərqində yerləşməsinə göz yummazdı. Istənilən hakimiyyət bu ərazilərdən PKK-nı çıxarmaq üçün əməli addımlara əl atardı. Əlbət də, AKP iqtidarda olduğu müddətdə məsələni sülh yolu ilə həll etmək istədi. Hətta “Analar ağlamasın” adlı şüarda ortaya atıldı. Lakin hadisələr göstərdi ki, PKK-nın sülhlə bağlı vədləri yalan imiş. Danışıqlar getdiyi zaman sən demə kənd və qəsəbələrdə silahlı anbarlarını formalaşdırıb gələcək üçün hazırlayırmış. Yaydan isə hücumlara start verdi. Bu da, hökumətin səbrini tükətdi, ordu ciddi addımlar atmağa başladı. Ancaq münbit şərait yetişsə, PKK ilə danışıqlar davam etdirilə bilər. İndi məqsəd PKK-nı kənd və qəsəbələrdən çıxarmaqdır.

- Suriyada real durum nədən ibarətdir?

- Suriyada dəyişən bir şey yoxdur. Rusiya Bəşər Əsədə dəstək verərək havadan İŞİD mövqelərini bombarduman edir. Lakin müşahidələr göstərir ki, bunun effekti olmur. İŞİD təslim olmur. Onu təslim və darmadağın etmək üçün qurudan əməliyyatlar aparmaq lazımdır. Rusiya isə buna getmir. Bilir ki, getsə itkiləri çox olacaq. Bu da, problem deməkdir. Odur ki, hazırda Suriyada

müxtəlif qüvvələr müxtəlif ərazilərə nəzarət edir- Əsədin ordusu, Azad Suriya ordusu, Əl-Nüsra, İŞİD, kürd qruplaşması və türkmənlər. Suriyada Əsəd hakimiyyətdə qaldıqca bu ölkənin ərazi bütövlüyünü təmin etmək çətin olacaq. Odur ki, ABŞ-da təşəbbüs göstərir və Rusiyada guya buna dəstək verməyə hazırdır ki, Suriyada keçici hökumət qurulsun və terrorçulara qarşı mübarizə aparılsın. Amma Əsəd orada qaldıqca nə Suriyanın ərazi bütövlüyün təmin etmək mümkün olacaq, nə də İŞİD-ə qarşı mübarizə aparmaq effektiv olacaq.

- Hazırda rəsmi Ankara Suriya türkmənlərinə real dəstək ifadə edirmi?

- Əslində bu məsələdə müəyyən qədər gecikmə var. Keçmiş illərdə Ankara İraq və Suriyada yaşayan türkmənlərə ciddi dəstək verməli idi. Bu Türkiyənin dövlət maraqlarına da, uyğun idi. Lakin bunu vaxtında etmədi. Sonradan Türkiyə bunu anladı və Suriyada türkmənlərə dəstək verməyə başladı. Gec də, olsa buna başlanılıb. Məqsəd odur ki, türkmənlər real olaraq öz gücünü ortaya qoysun, müqavimət göstərsin və ən azı öz ərazilərini saxlasın. Hazırda türkmənlərin silah və fiziki gücə ehtiyacı var. Bunu da, Türkiyə tədricən həyata keçirməyə çalışır. Hazırda türkmənlər Suriyada bir amilə çevrilib. Bu gecikmiş olsa da, yaxşı amildir. Türkmənlər də, Türkiyə və türk dünyasının maraqlarını ifadə edir. Onların da, Suriyada haqqı və payı var. Türkiyə bu məsələdə geciksə də, artıq doğru strategiya həyata keçirərək türkmənlərə dəstək verir və bu yolla Suriya ilə sərhəddə öz mövqelərini gücləndirir.

- Türkmənlərin müqavimət imkanları nə dərəcədədir?

- Kürdlər qədər yoxdur. Amma tədricən türkmənləri gücləndirmək, təlimlər keçməklə söz sahibi halına gətirə bilərlər. Türkmənlər də, müəyyən qədər müqavimət göstərə, öz ərazilərini qorumaq qabiliyyətini ortaya qoya bilərlər.

- Rusiyanın türkmənlərin kompakt yaşadığı əraziləri havadan bombalaması prosesi davam edirmi?

- Ara-sıra bombarduman edir. Ancaq burada təkcə türkmənləri deyil, Bəşər Əsədə müxalif olan bütün qüvvələrə zərbələr endirilir. Ancaq Rusiyanın müəyyən çəkinəcəyi də var. Başa düşür ki, türkmənlərə qarşı bu siyasəti apardıqca qarşılarında təkcə Türkiyəni deyil, türk dünyasını görəcək. Artıq Türkmənistan və Tatarıstan kimi ölkələr öz narazılığını bildirib. Odur ki, Rusiya hakimiyyəti bu faktoru nəzərə almaq məcburiyyətindədir.

- İraq türkmənlərinin durumu haqda dəqiq informasiya varmı?

- Orada vəziyyət fərqlidir. Türkiyə Şimali İraqın kürd liderləri ilə dil tapa bilib, Bərzani Türkiyə ilə sıx əlaqələr qura bilib. Orada böyük türk kapitalı var. Bu mənada Bərzani məcburdur ki, buradakı türkmənlərin istək və arzularını nəzərə alsın. Almasa Türkiyə ilə qarşı-qarşıya gələ bilər. Odur ki, İraq türkmənlərinin mövqeyi nəzərə alınır, onlar müəyyən qədər qanunverici və icraedici orqanlarda təmsil olunurlar.

- Suriya düyünün taleyi necə olacaq?

- Böyük dövlətlərin hamısı birgə Bəşər Əsədin hakimiyyətdən getməsinə razılıq versə, məsələni həll etmək asan olacaq. Mən Rusiya və İranın da buna razılıq verməsini nəzərdə tuturam. Əsədin yerinə bir başqası gəlməlidir ki, koalisiya hökuməti qurulsun, bundan sonra İŞİD-ə qarşı quru əməliyyatı başlasın. Yox, əgər Əsəd məsələsində böyük dövlətlər arasında razılıq əldə edilməyəcəksə, biz 2016-cı ildə də Suriyada müharibənin davam edəcəyini izləməli olacağıq.

- Türkiyə-İran münasibətlərinin indiki dönəmini normal saymaq mümkündür?

- İnanmıram ki, bu münasibətlər normal axara düşsün. Nə qədər ki, Suriya problemi, savaş var, deməli Türkiyə-Rusiya və Türkiyə-İran münasibətləri gərgin olaraq qalacaq. Bu həm də avtomatik olaraq Ermənistan-Azərbaycan münasibətlərini kəskinləşdirəcək.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • Sabah masada kim qazanacaq? – Politoloq şərh edir

    Sabah masada kim qazanacaq? – Politoloq şərh edir ...

    4-03-2020, 15:17

  • 
  • Rusiya və Türkiyə arasında əsas ziddiyətli məqamlar

    Rusiya və Türkiyə arasında əsas ziddiyətli ...

    5-04-2018, 09:58

  • 
  • Türkiyənin o təyyarəni vurması... - General Rzayev

    Türkiyənin o təyyarəni vurması... - General Rzayev ...

    26-11-2015, 18:00

  • 
  • Rusiya: "Türkiyə ilə münasibətlər bir neçə günə düzəlməyəcək"

    Rusiya: "Türkiyə ilə münasibətlər bir neçə ...

    29-06-2016, 01:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu