Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.
Bu barədə məlumat Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsində eyr alıb.
“Uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir. Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb”, - deyə məlumatda deyilib.
Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?