Azərbaycana qonaq gələn Azəri qızı Günelin başının üstünü kəsdirdik. İnsan sanki hava ilə qidalanır.
gundemxeber.az atv.az-a istinadən bildirir ki, "Nə edirsiniz ki, kökəlmirsiniz" sualına isə belə cavab verdi:
"Əslində mən çörək yemirəm. Hər Azərbaycana gələndə çəkim artır. Gələndə 47 kilo idim, 2 aydır, Bakıdayam, 50 kilo olmuşam. Özümə diqqət edənəm, yoxsa mənim də çəkim artar. Çəki problemi yaşamamaq üçün idman, yürüş edirəm, çox yağlı yeməklər yemirəm. Axşam saat 6-dan sonra isə yeməkdən tam imtina edirəm. İllərdir, bunlara diqqət edirəm. Çünki ekrana çıxanda çəkimiz 6 kilo artıq görünür.
13 yaşında səhnəyə çıxanda bir az kilolu idim. 18 yaşından sonra daim çəkimə nəzarət etməyə başladım. Ən çox çəkim 50-51 olub. İllərdir, bunu qorumaq üçün gündəlik su içirəm. Ancaq bir ziyanlı vərdişim var, türk qəhvəsi çox içirəm. Bilirsiziniz ki, bu da orqanizmə ziyanlıdır.
Yeməyə gəldikdə isə insanın mədəsi balacadır. Özünüzü onun tutumuna vərdiş etdirin. Az qidalanma vərdişinə yiyələndikcə, artıq yemək nəfsi yaranmayacaq. Ancaq bir neçə dəfə tutumdan çox yedikcə, mədə vərdiş edir. Nəzarətdə saxlamaq lazımdır. İndiyə kimi hansısa bir pəhriz saxlamamışam, qidamı tənzimləmək kifayət edər. Məsələn, səhər pomidor, pendir, 1 dilim qara çörək yeyirəm. Günorta salat, toyuq yeyə bilərəm. Axşam isə yemirəm. Xanımlara onu da məsləhət edirəm ki, masaj və pilatesə getsinlər. Toplarla işləyən pilates yox, başqa dəmir avadanlıqlarla məşğul olanda onurğamız da düz qalır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?