GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rejimin internet xofu

Rejimin internet xofu

Tarix: 11-03-2013, 10:13 Bölmə :Ölkə Baxış: 818
Rejimin internet xofu

Prezident seçkiləri qabağı hakimiyyət internet azadlığına qarşı uşaq qalxanı qaldırır

2013-cü ilin ilk 2 ayı geridə qalır. Ötən iki ayda azı 3 dəfə internet azadlığı, bu dünya kompüter şəbəkəsinin tənzimlənməsi və məhdudlaşdırılması kimi fikirlər səsləndi. İlk təklif yanvarın 10-da Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlidən gəldi. O, internet televiziyalarının lisenziyasız fəaliyyətini rəsmi icazə alan digər telekanallara haqsızlıq kimi qiymətləndirdi. Üstəlik, internet TV-lərinin lisenziyalaşdırılmasını zəruri saydığını dilə gətirdi və bunu onların fəaliyyətini tənzimləmə mexanizminin olmaması ilə əsaslandırdı.

İnternetdə qanuni məsuliyyət mühiti

Başqa bir şura, bu dəfə Mətbuat Şurası təklif yox, real əmələ üstünlük verərək xəbər saytları və portallarla bağlı komissiya yaratdı. Komissiyanın sədri Elnur Baimov elə özlərinin tanıtma toplantısında internet mediasında da qanuni məsuliyyət mühitinin artırılmasını vurğuladı. İnternetlə bağlı sonuncu fikir nə təklif, nə də məsuliyyət – birbaşa məhdudiyyət sayıla bilər.
Milli Məclisin üzvü Hadı Rəcəbli bir başqa məsələdən – uşaqların internetdən istifadəsinin məhdudlaşdırılmasından söz açdı. O, bəzən azyaşlıların internetdə heç böyük adamların baxması düzgün sayılmayan görüntüləri izləməsinin ziyanından danışdı. Beləcə, elektron şəbəkənin tənzimlənməsində daha bir məhdudiyyətə yaşıl işıq yandırmağa cəhd göstərildi. Deputat sözlərinə onu da əlavə etdi ki, Rusiya da daxil, bəzi ölkələrdə bu cür məhdudiyyətlər artıq tətbiq olunur.

Hakimiyyətin seçkiöncəsi internet planları

«Bütün bunlar eyni məqsədi güdür: Azərbaycanda ifadə azadlığına, qismən də olsa, təminat verilən bir məkanı - interneti seçkiöncəsi şəraitdə hakimiyyətin nəzarətində saxlamaq». Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov bu fikirdədir. O, internetə dair ard-arda müxtəlif səviyyələrdə səslənən fikirləri hakimiyyətin internetə qarşı planlarının göstəricisi sayır: «Rusiya, Belarus, Qazaxıstan kimi ölkələrdə internet məhdudlaşdırılıb və hakimiyyətin nəzarətinə verilib. Bu barədə səslənən fikirlər göstərir ki, Azərbaycan hakimiyyəti də seçkiöncəsini gözə alaraq interneti məhdudlaşdırmaq üçün planlar qurur. Belə fikirlər hakimiyyətin təhlükəli planlarının tərkib hissəsidir».

«Bu, internetin senzurasıdır»

Azərbaycanın təhsil ocaqlarında azı 10 min sayta giriş məhdudlaşdırılıb. Bundan başqa, uşaqların erotik, porno və digər təhlükəli saytlara girişini məhdudlaşdırmaq üçün xüsusi süzgəc paketindən yararlanaraq bənzər saytlara girişi məhdudlaşdırmaq da olar. İstər-istəməz, bir sual ortaya çıxır: Azyaşlıları sözügedən saytlardan qorumağın belə asan yolları varkən, ayrıca qanuna nə ehtiyac var?
Suala cavab verən media hüququ eksperti Ələsgər Məmmədli ayrıca qanun söhbətini fərqli ad altında hakimiyyətin bütövlükdə interneti məhdudlaşdırmaq cəhdi sayır: «Bunun adını uşaqları, qadınları, yaşlıları qorumaq qoymaq, yəni istənilən adda bəhanə uydurmaq olar. Amma uydurulan bəhanə hüquqların özünə sayğısızlığa yönəlməməlidir. Qanunla hər kəsin internetinə eyni senzura tətbiq olunacaq. Onlar bəlli sayda, bəlli məzmunda informasiyaları görə, oxuya biləcəklərsə, bu, internetin məhdudlaşdırılması və senzura deməkdir».
Ələsgər Məmmədlinin fikrincə, internetə çıxış informasiya azadlığının ən önəmli tərkib hissəsidir.

OİT Azərbaycan hakimiyyətinə müraciət edir

Fevralın 26-da Onlayn İfadə Təşəbbüsü (OİT) koalisiyası da bu barədə bəyanat yayıb. Koalisiya Azərbaycanda uşaqları zərərli məzmundan qorumaq adı ilə hakimiyyətə interneti tənzimləmək səlahiyyəti verəcək yeni qanunların qəbulundan narahatlığını dilə gətirir. OİT təəssüflə bildirir ki, hökumət bütün bu mürtəce planları Azərbaycanda BMT-nin İnternet İdarəçiliyi Forumu (İİF) keçirildikdən sonra reallaşdırmağa başlayıb. Həmin forumla Azərbaycanı internetin inkişafında qlobal tərəfdaş kimi göstərmək istəyən hakimiyyət bu gün, əslində, internet azadlığına dair dəfələrlə səsləndirdiyi vədlərdən geri çəkildiyini göstərir.
OİT bir daha Azərbaycan hakimiyyətinə üz tutaraq beynəlxalq öhdəliklərə əməl etməyə, internetlə bağlı dövlət siyasətini beynəlxalq hüquq normalarına uyğunlaşdırmağa və internetin ifadə azadlığı məkanı kimi qalmasını təmin etməyə çağırır.

Nüşabə Fətullayeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BakuNews internet Tv 2 yaşını qeyd etdi

    BakuNews internet Tv 2 yaşını qeyd etdi ...

    21-09-2014, 12:23

  • 
  • Parlamentə kəskin etiraz

    Parlamentə kəskin etiraz ...

    27-02-2013, 11:22

  • 
  • Rabitə və internet xidmətlərinin yeni tarifi yanvarın 1-dən qüvvəyə minib.

    Rabitə və internet xidmətlərinin yeni tarifi ...

    1-01-2015, 15:18

  • 
  • Əli Abbasova məxfi tapşırıq...

    Əli Abbasova məxfi tapşırıq... ...

    26-11-2013, 15:44

  • 
  • Nuşirəvan Məhərrəmlidən telekanallara XƏBƏRDARLIQ

    Nuşirəvan Məhərrəmlidən telekanallara XƏBƏRDARLIQ ...

    2-10-2015, 12:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu