GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Parlamentə kəskin etiraz

Parlamentə kəskin etiraz

Tarix: 27-02-2013, 11:22 Bölmə :Manşet Baxış: 899
Parlamentə kəskin etiraz

İnternetə nəzarət yolverilməzdir

Hakimiyyətin bu addımları 2013-cü ilin oktyabrında keçiriləcək prezident
seçkiləri öncəsi, ifadə azadlığının teleradioyayım və çap mətbuat yayımı ilə müqayisədə
hələki yeganə azad məkanı olan interneti öz nəzarətinə götürmək istəyindən xəbər verir


Bəyanatda deyilir ki, Onlayn ifadə Təşəbbüsü (RATİ) Azərbaycanda uşaqlara qayğı adı altında hakimiyyətin interneti tənzimləmə ilə bağlı yeni qanunlar qəbul etmə planlarından ciddi narahatlığını bildirir və hesab edir ki, bu internetdə ifadə azadlığının məhdudlaşdırmasına gətirib çıxaracaq. Belə ki, ötən həftə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mətbuata bildirib ki, uşaqları internetdəki mənfi kontentdən uzaqlaşdırmaq məqsədi ilə parlamentdə xüsusi qanun layihəsinin hazırlanması gözlənilir. Rəcəbli bildirib ki, Rusiyada və bir sıra ölkələrdə belə məhdudiyyətlər var və söhbət qadağadan deyil, yaş qruplarına görə məhdudiyyətlərin tətbiqindən gedir.
Onlayn İfadə Təşəbbüsünün üzvü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynovun fikrincə, bu cür qanunların tətbiqindən sonra avtoritar rejimlər internet məkanının üzərində texniki senzura tədbirlərinə əl atır. “Bir çox vaxtlarda müvafiq dövlət qurumları tərəfindən qadağan olunmuş saytların qara siyahısı hazırlanır və nəticədə həmin ölkədə istifadəçilərin bu cür saytlara girişi bloklaşdırma nəticəsində məhdudlaşdırılır. Misal üçün Rusiyada ötən ilin noyabrın 1-dən fəaliyyətə başlamış ROSKOMNADZOR -un domen adların Vahid Reyestri bir neçə dəfə Google-un Youtube və blogspot servisini qara siyahıya salaraq, Rusiya ərazisində internet istifadəçilərini bu populyar servislərdən istifadədən məhrum etmişdir.
Bu siyahıya salınmanın azyaşlıları uşaq pornoqrafiyasından, narkotik və sui-qəsdlər barədə informasiyalardan qorumaq məqsədi ilə edildiyi deyilsə də, daha sonra Rusiya hökuməti bu servislərin texniki səhv ucbatından bu siyahıya düşdüyünü bəyan edərək onlara girişi bərpa etmişdi. Görünür Azərbaycan hökuməti də Rusiyanın getdiyi yolu seçmək istəyir”,-deyə Hüseynov bildirib.
Onlayn İfadə Təşəbbüsünün qənaətinə görə, hazırda uşaq pornoqrafiyasını yayanları təqib etmək və cinayət məsuliyyətinə cəlb etmək üçün bir çox qanunverici alətlər mövcuddur və buna görə də internetdə kontenti sərt tənzimləyə biləcək qanunların qəbul olunmasına ehtiyac yoxdur. Digər tərəfdən də azyaşlı uşaqların valideynləri (və ya himayədarları) uşaqların arzuolunmaz kontentə girişini müvafiq proqram təminatından istifadə etməklə fərdi qaydada məhdudlaşdıra bilərlər.
Onlayn İfadə Təşəbbüsü hesab edir ki, bundan öncə hakimiyyətin nəzarətində olan Mətbuat Şurasının nəzdində İnternet Mediası üzrə komissiyanın yaradılması, həmin komissiyanın sədri Elnur Baimovun İnternet mediasının qanunvericilik müstəvisində məsuliyyət mühitinin artırılmasına yönələn təkliflər səsləndirməsi, həmçinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun internet televiziyalarının lisenziyalaşdırılmasının zərurəti barədə fikirləri onu göstərir ki, Azərbaycan hakimiyyəti internetə həm texniki, həm də kontent cəhətdən ciddi nəzarət etmə planları hazırlayır.
Onlayn İfadə Təşəbbüsü hesab edir ki, hakimiyyətin bu addımları 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkiləri öncəsi, ifadə azadlığının teleradioyayım və çap mətbuat yayımı ilə müqayisədə hələki yeganə azad məkanı olan interneti öz nəzarətinə götürmək istəyindən xəbər verir. Son zamanlar veb səhifələr, xüsusilə Youtube vasitəsilə qalmaqallı korrupsiya əməlləri, məmur özbaşınalıqları və digər bu kimi əhəmiyyətli məlumatları əks etdirən video görüntülər Azərbaycanın həm paytaxtında, həm də regionlarında əhalinin geniş etiraz aksiyalarının yaranmasına səbəb olmuş və bundan ehtiyatlanan hakimiyyət interneti tənzimləmə barədə düşünməyə başlamışdır.
Onlayn İfadə Təşəbbüsü təəssüflə qeyd edir ki, hökumət bütün bu mürtəce planları reallaşdırmağa Azərbaycanda BMT-nin İnternet İdarəçiliyi Forumu keçirildikdən sonra başlayıb. İİF keçirməklə hakimiyyət bütün dünyada Azərbaycan barədə internetin inkişafı naminə qlobal tərəfdaş imici yaratmaq istəsə də, bu gün faktiki olaraq hakimiyyət internet azadlığına dair dəfələrlə səsləndirdiyi vədlərə əməl etmək istəmədiyini göstərir. Onlayn İfadə Təşəbbüsü bir daha Azərbaycan hakimiyyətinə müraciət edərək interneti dövlət nəzarətinə götürmə planlarından çəkinməyə və internet sahəsinə maksimum sərbəstlik verməyə çağırır. Onlayn İfadə Təşəbbüsü eyni zamanda ATƏT-dən və Avropa Şurasını Azərbaycan hakimiyyətinin internet sahəsində dövlət nəzarətinin gücləndirilməsinə yönələn planlarını diqqətlə araşdırmağa və bu barədə Azərbaycan hökumətinə müvafiq tövsiyələr verməyə çağırır.
Azərbaycanda internetin durumu texniki cəhətdən azad olsa da, hakimiyyətin maraqlarına cavab verməyən kontenti internetdə yaymasına görə jurnalist, bloqqerlər və onlayn müxalif fəallar hüquq mühafizə orqanları tərəfindən təqiblərə məruz qalırlar. Hazırda 3 jurnalist internetdə yayımladıqları kontentə görə həbsdə saxlanılır. Bu baxımdan Azərbaycan internetini qismən azad internet kimi dəyərləndirmək mümkündür.

“Xəbər xidməti”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rejimin internet xofu

    Rejimin internet xofu ...

    11-03-2013, 10:13

  • 
  • Siqaretə məhdudiyyət qoyula bilər

    Siqaretə məhdudiyyət qoyula bilər ...

    3-06-2016, 16:37

  • 
  • Varlı ailələrin övladlarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır

    Varlı ailələrin övladlarına xüsusi yardım nəzərdə ...

    28-11-2013, 15:15

  • 
  • Milli Məclisin deputatından Facebookla bağlı - XƏBƏRDARLIQ

    Milli Məclisin deputatından Facebookla bağlı - ...

    11-06-2013, 12:00

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu