Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 14 nardaranlı saxlanılır. gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.
Onun sözlərinə görə, saxlanılan nardaranlılara 15 və 30 sutkalıq inzibati qaydada həbs-qətimkan tədbiri seçilmişdi.
Saxlanılanların vaxtı bitdikcə azadlığa buraxılırlar: "Bildiyim qədər, sabah bir neçə nəfərin 30 sutkalıq inzibati qaydada həbs müddəti bitdiyindən azadlığa çıxacaq. Hazırda 14 nəfər nardaranlı müvəqqəti saxlanma məntəqəsindədir. Onların da yanvarın 15-nə qədər azad olunacağı gözlənilir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?