Abşeron məhkəməsinin qərarı ilə Mustafa Hacıbəyliyə 15 sutkalıq inzibati həbs cəzası verilib.
Mayın 28-də Bakının Novxanı kəndində keçirilən bayram mitinqində tutulan Müsavat Məclisinin üzvü, Qarabağ müharibəsi veteranı Mustafa Hacıbəyli bu gün məhkəmə qarşısına çıxarılacaq.
Mustafa Hacıbəyli İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə xırda xuliqanlıqda ittihamı olunur, Abşeron Rayon Polis Şöbəsində saxlanır. Vəkil Nemət Kərimli bildirib ki, Mustafa Hacıbəylinin işinə Abşeron Rayon Məhkəməsi baxacaq.
Xırda xuliqanlıq (ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbslə cəzalandırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?