Bakıda quldurluq hadisəsi baş verib. gundemxeber.az lent.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsidə yerləşən daş karxanasında baş verib. Gecə saatlarında karxanaya basqın edən 3 nəfər maskalı şəxs bıçaq və iri taxta parçaları ilə növbə rəisi Ağayev İlham Zəka oğluna hədə-qorxu gəliblər və karxanadakı 700 manat pulu götürərək uzaqlaşıblar.
Qeyd edək ki, daş karxanasını istismar edən MMC İ.Ağayevin qardaşına məxsusdur.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?