Tovuz rayonu, Xatınlı kəndində (rayon mərkəzindən 9 km aralı) ikimərtəbəli binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 5 kv.m sahədə yanıb və taxtadan ibarət divar üzlüyü 3 kv.m qaralıb. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?