KANAL S (REGİON TV) xəbər verir ki, Qaxda iki uşaq anası zəhərlənib. Qax Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yanvarın 7-si axşam saat 19 radələrində Qax şəhəri Məmmədəli Əmirov küçəsi ev 21 ünvanında yaşayan Aybəniz Rəcəb qızı Süleymanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 38 yaşlı qadın hələlik məlum olmayan səbəbdən 5 ədəd dərman içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aybənizə lazımi tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?