Qax rayonunda qoyun otaran 57 yaşlı kişini ilan sancıb.
Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, mayın 10-u günorta saatlarında rayonun Qıpçaq kənd sakini, 1959-cu il təvəllüdlü Qəhrəman Qurban oğlu Qasımov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Qıpçaq kənd inzibati ərazisində qoyun otararkən ilan onun sol ayağın baldırından sancıb. Xəstəxananın reanimasiya şöbəsində Qurban Qasımova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün həkim nəzarəti altında Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?