Dünən Bakının Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. gundemxeber.az Lent.az-a istinadən bildirir ki, R.Rüstəmov küçəsi bina 4, mənzil 46 ünvanında xüsusi amansızlıqla qətlə yetirilmiş, 1982-ci il təvəllüdlü Abbasov Fərid Vahid oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Dünən meyidi tapılarkən F.Abbasovun əl və ayaqları bağlı olub. Onun üzərində döyülməyə xas olan çoxsaylı xəsarətlər aşkarlanıb. Xəsarətlər o qədər ağır olub ki, iş adamının bədəninin müxtəlif nahiyələrindən qan açılıb.
O da məlum olub ki, F.Abbasov hadisənin baş verdiyi mənzildə yaşayırmış.
Hazırda dəhşətli qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?