GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda məhkəmə prosesində şok hadisə: "Üzə durmaq üçün ayda 310 manat maaş alırdım"

Azərbaycanda məhkəmə prosesində şok hadisə: "Üzə durmaq üçün ayda 310 manat maaş alırdım"

Tarix: 8-01-2016, 18:55 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda məhkəmə prosesində şok hadisə: "Üzə durmaq üçün ayda 310 manat maaş alırdım"

Bu gün Bakı Apelyasiya Məhkəməsində 1983-cü ilə təvəllüdlü Kazımov İsmayıl Kamal oğlunun növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi zamanı hal şahidi kimi dindirilən şəxs olduqca maraqlı məqamlar səsləndirib.

Qeyd edək ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs 2014-cü ilin fevral ayının 8-də “Nizami” metrosunun çıxışında həbs olunaraq Yasamal Rayon Polis İdarəsinin (RPİ) inzibati binasına aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham elan olunub və istintaqa cəlb edilib.
Polis yaxalanan şəxsin əlindəki qara sellofan paketdə 450 qram marixuananın aşkarlandığını bildirərək onun haqqında cinayət işi açıb. Daha sonra cinayət işi araşdırılaraq Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmə İ. Kazımovun iki il dörd ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar qəbul edib.

Təqsirləndirilən şəxs artıq iki ilə yaxın müddətdir ki, günahsız yerə həbsdə saxlanıldığını, üzərindən aşkar olunduğu iddia edilən narkotik vasitədən xəbərsiz olduğunu dəfələrlə məhkəmənin nəzərinə çatdırıb. Ona qarşı sürülən ittihamları saxta və əsassız adlandırıb. O narkotik vasitələrin istifadəçisi olmadığını və narkotik vasitənin Yasamal RPİ-də onun üzərinə qoyulduğunu bildirib.
Bugünkü məhkəmə prosesi zamanı hal şahidlərindən biri və hazıra həbsdə olan Kərimov Əli Salman oğlu dindirilib. O dindirilmə zamanı hadisədən əvvəl İ. Kazımovu tanımadığını, onu ilk dəfə Yasamal RPİ-də gördüyünü söyləyib. Onun dediyinə görə polis əməkdaşları onun qabağına bir sənəd qoyublar və qol çəkməsi lazım olduğunu deyiblər. O da oxuya bilmədiyi üçün sənədin mahiyyətini bilmədən sənədə qol çəkib:

“Mən yaxınlıqda işləyirdim. Polislər gəlib dedilər ki, bizimlə idarəyə getməlisən mən də getdim. Mən gedəndə hal şahidi kimi Tale Əliyev də orada idi. Daha sonra bir nəfəri gətirdilər və dedilər ki, bu İsmayıl Kazımovdur. Bizə bir sənədə qol çəkdirdilər, biz də qol çəkib çıxıb getdik. Sonra mənə dedilər ki, Yasamal Rayon Məhkəməsinə gələrsən. Mən də deyilən tarixdə getdim. Tale Əliyev məhkəmənin qarşısında idi. Ondan soruşdum ki, nə məsələdi? Dedi ki, ogünkü adamın (İ. Kazımov) əlində 450 qram marixuana tutublar biz də qol çəkmişik. İndi də hal şahidi kimi buradayıq. Mən bunu eşidən kimi qaçıb gizləndim ki, camaatın niyə günahsız yerə həbsinə səbəb olum”.
Daha sonra hakim Həsən Əhmədov hal şahidini yanına çağıraraq tərtib olunan aktdakı imzaların ona məxsus olub-olmadığını soruşub. O imzanın özünə məxsus olduğunu, amma o sənədlərdə nə yazıldığını bilmədiyini bildirib. Hakimin “Bəs bilmədiyin şeyə necə imza atırsan?” sualına Ə. Kərimovun verdiyi cavab zalda olanları heyrətə gətirib.

“Mən 6 ildir polis idarəsi ilə əməkdaşlıq edirəm. Əməliyyatlarda iştirak etmişəm, hal şahidi kimi çıxış etmişəm. Ayda da 310 manat maaş alırdım. Mənə nə deyirdilər, onu eləyirdim. Qabağıma sənədi qoydular göstərdilər ki, bu yerlərə qol çək, mən də çəkdim. Mənə dedilər ki, çəkməsən pis olacaq. Bu da nəticəsi... (Qolundakı qandalları göstərərir)”
Hal şahidinin sözlərinə görə, İ. Kazımov polis idarəsinə gətirildiyi zamanı onun üzərində heç bir narkotik vasitə olmayıb. Dindirilmə zamanı məlum olub ki, hətta hal şahidləri ilə ittiham olunan şəxsin üzləşməsi də olmayıb.

Sonda hakim Həsən Əhmədov digər hal şahidlərini də dindirmək üçün yanvar ayının 29-na qədər təxirə salıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Lotu Quli"nin yeznəsinə hökm oxunub

    "Lotu Quli"nin yeznəsinə hökm oxunub ...

    27-04-2017, 12:25

  • 
  • Oğurluq edən gənc həbs edildi

    Oğurluq edən gənc həbs edildi ...

    18-05-2016, 01:18

  • 
  • YAP-ın rayon təşkilatı sədrinin oğlu barəsində cinayət işi başlanıldı

    YAP-ın rayon təşkilatı sədrinin oğlu barəsində ...

    11-03-2020, 13:10

  • 
  • Məhkəmə şəhid qohumuna cəza verdi

    Məhkəmə şəhid qohumuna cəza verdi ...

    1-02-2018, 14:22

  • 
  • Bakıda “Bibi” ləqəbli narkotacirə ağır – Cəza

    Bakıda “Bibi” ləqəbli narkotacirə ağır – Cəza ...

    30-01-2019, 15:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (532)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu